“PAŞA Sığorta” satış üzrə assistent axtarır (Gəncə)
“PAŞA Sığorta” ASC “Satış üzrə assistent (Gəncə nümayəndəliyi)” vakansiyası elan edir.
VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR
-Mövcud olan fərdi müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işlənilməsi
– Şirkətə müraciət edən müştərilərə yüksək keyfiyyətli xidmət göstərilməsi
-Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət edilməsi, müvafiq tarif göstəricilərini və sığorta şərtlərini almaq üçün sifarişçi haqqında tələb olunan və əlavə informasiyanın Anderraytinq Şöbəsinə vaxtı-vaxtında təqdim edilməsi
-Zərurət yarandığı halda sığorta obyektlərinə baxışın həyata keçirilməsi
-Fərdi və bank müştərilərinə xidmət edilməsi, müştəri tələbatına uyğun olaraq növbətçi olduğu zaman müvafiq sığorta növləri üzrə şəhadətnamələrin yazılması
– Vaxtı bitməkdə olan sığorta şəhadətnamələri üzrə müştərilərə zənglər edilməsi və şəhadətnamələrin yenilənməsinin təmin edilməsi
– Şirkətin əməkdaşlıq etdiyi partnyorların (agentlərin) maddi-texniki təminatına dəstək göstərilməsi
BİLİKLƏR
-Ali təhsil – Biznes və ya Marketinq sahəsində təhsilə üstünlük verilir
-Dil bilikləri: Azərbaycan dilini sərbəst bilmək
TƏCRÜBƏ
-Müvafiq iş təcrübəsinin olmasına üstünlük verilir
BACARIQLAR
– Ünsiyyət qurmaq bacarığı
-Dəqiqlik
– Öz fikirlərini sərbəst ifadə etmək bacarığı
-Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı
– Komanda ilə işləmək bacarığı
– Təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı
Son müraciət tarixi: 24 iyul 2022.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.
Vakansiyalar
-
1 gün, 27 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 1 gün, 1 saat, 1 dəq
- 1 gün, 19 saat, 7 dəq
- 3 gün, 6 saat, 6 dəq
- 4 gün, 12 saat, 3 dəq