Novator HRC satış nümayəndəsi axtarır
İşəgötürən: Novator HRC
Vakansiya: Satış nümayəndəsi
Son tarix: 30 oktyabr 2022
İş barədə məlumat:
-Otel, restoran, ketrinq firmaları, xəstəxana, iş mərkəzləri, ticarət mərkəzləri və s. obyektlərə peşəkar yuyucu vasitələr, təmizlik maşınları və digər təmizlik avadanlıqlarının tanıtımını və aktiv satışını həyata keçirmək;
-Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq, təyin edilmiş hədəflərə çatmaq;
-Müştərilərlə düzgün ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verməsi;
-Mövcud müştəri bazasının inkişaf etdirilməsi və möhkəmləndirilməsi;
-Məhsul və xidmətləri müştərilərə tanıtmaq;
-Satışın stimullaşdırılması üçün təkliflər vermək;
-Potensial müştəriləri müəyyənləşdirmək və onlarla əlaqə yaratmaq;
-Müştəri bazasını artırmaq, yeni müştərilərin cəlb edilməsi üçün təklifləri hazırlayaraq rəhbərliyə təqdim etmək;
-Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən təyin ediləcək;
Namizədə tələblər:
-Şəxsi avtomobil mütləq olmalıdır;
-Sürücülük vəsiqəsi;
-Ali təhsil;
-Yaş həddi 25-40 arası;
-Azərbaycan dilini səlis bilməli (rus dili arzuolunandır);
-Komandada və stres altında işləmək bacarığı;
-Microsoft Office (xüsusən Word, Excel və Outlook) proqramlarında işləmək bacarığı;
-Ünsiyyətcil və inandırma bacarığı;
-Öz üzərində işləyən, inkişafa meyilli;
-Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
-Satış analizini aparmaq bacarığı;
-Vaxtın səmərəli idarə olunması bacarığı;
-Bakı şəhərində qeydiyyatda olmalı;
-Satış (xüsusilə HoReCa) sahəsində təcrübə;
Ünvan: Nəsimi rayonu , Abbas Səhhət küç.40
Tələblərə uyğun namizədlər mövzu yerində “satış nümayəndəsi” yazmaqla öz CV-lərini [email protected] e-mail ünvanına göndərə bilərlər.
Vakansiyalar
-
2 ay, 2 həftə, 2 gün, 12 saat, 24 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 5 gün, 13 saat, 19 dəq
- 7 ay, 2 həftə, 5 gün, 15 saat, 12 dəq
- 10 ay, 3 həftə, 3 gün, 9 saat, 57 dəq
-
11 ay, 5 gün, 5 saat, 28 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır