Novator HRC satış nümayəndəsi axtarır

Satıcı

satis numayəndəsi 1


İşəgötürən: Novator HRC

Vakansiya: Satış nümayəndəsi

Son tarix: 13 oktyabr 2022

İş barədə məlumat:

-Otel, restoran, ketrinq firmaları, xəstəxana, iş mərkəzləri, ticarət mərkəzləri və s. obyektlərə peşəkar yuyucu vasitələr, təmizlik maşınları və digər təmizlik avadanlıqlarının tanıtımını və aktiv satışını həyata keçirmək;

-Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq, təyin edilmiş hədəflərə çatmaq;

-Müştərilərlə düzgün ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verməsi;

-Mövcud müştəri bazasının inkişaf etdirilməsi və möhkəmləndirilməsi;

-Məhsul və xidmətləri müştərilərə tanıtmaq;

-Satışın stimullaşdırılması üçün təkliflər vermək;

-Potensial müştəriləri müəyyənləşdirmək və onlarla əlaqə yaratmaq;

-Müştəri bazasını artırmaq, yeni müştərilərin cəlb edilməsi üçün təklifləri hazırlayaraq rəhbərliyə təqdim etmək;

-Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən təyin ediləcək;

Namizədə tələblər:

-Şəxsi avtomobil mütləq olmalıdır;

-Sürücülük vəsiqəsi;

-Ali təhsil;

-Yaş həddi 25-40 arası;

-Azərbaycan dilini səlis bilməli (rus dili arzuolunandır);

-Komandada və stres altında işləmək bacarığı;

-Microsoft Office (xüsusən Word, Excel və Outlook) proqramlarında işləmək bacarığı;

-Ünsiyyətcil və inandırma bacarığı;

-Öz üzərində işləyən, inkişafa meyilli;

-Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;

-Satış analizini aparmaq bacarığı;

-Vaxtın səmərəli idarə olunması bacarığı;

-Bakı şəhərində qeydiyyatda olmalı;

-Satış (xüsusilə HoReCa) sahəsində təcrübə;

Ünvan: Nəsimi rayonu , Abbas Səhhət küç.40

Tələblərə uyğun namizədlər mövzu yerində “satış nümayəndəsi” yazmaqla öz CV-lərini göndərə bilərlər.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]