Nar pərakəndə satış üzrə mütəxəssis axtarır -(Balakən, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Şəki, Zaqatala)

-Elan tarixi: 28.04.2022
-Bitmə tarixi: 15.05.2022
-Şirkət: NAR
-Ərazi: Balakən, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Şəki, Zaqatala
-Əmək haqqı: Müsahibə əsasında
-Staj: 2 il
-Yaş həddi: 20 — 45 yaş
-Təhsil: Natamam ali təhsil (bakalavr)
-İş rejimi: Tam iş günü (5 gün)
-Müqavilə: Əmək müqaviləsi
-E-mail: [email protected]
Zaqatala, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı və ya həmin ərazilərə yaxın rayonlarda yaşayan namizədlər nəzərə alınacaqdır.
Vakansiya haqqında:
Funksiya: B2C Satış
İş qrafiki: Standart
İş yeri: Zaqatala, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonları
Son müraciət tarixi: 15.05.2022
Sizin əsas vəzifə öhdəlikləriniz:
Diler satış nöqtələrində satış prosedurlarına nəzarət etmək və onları təkmilləşdirmək
Diler satış nöqtələrində Nar məhsullarının birbaşa satışını təşkil etmək
Nəzarət etdiyi satış nöqtələrinin satış hədəflərinə çatmasına dəstək olmaq
Distribyutor və diler əməkdaşlarının Nar məhsul və xidmətləri haqqında bilik səviyyələrinin artırılmasına dəstək göstərmək və ehtiyac olduqda onlara təlimlər keçmək
Diler şəbəkəsində Nar reklam materiallarının aktuallığı və xarici görünüşünə nəzarət etmək
Yeni satış nöqtələrini araşdırmaq, biznes plana uyğun olaraq təyin olunmuş bölgə üzrə satış kanallarını inkişaf etdirmək
Yeni satış nöqtələri üçün təklif olunan mağazalara baxış keçirmək, qəbul və təhvil-təslim aktlarını hazırlamaq, bağlanmış mağazalar haqqında rəhbərliyi məlumatlandırmaq
Rəqib operatorların fəaliyyəti haqqında daim məlumatlı olmaq
Rəhbərlik tərəfindən təyin olunmuş hədəfləri yerinə yetirmək
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
Ali təhsil
Pərakəndə satış sahəsində 2-3 il iş təcrübəsi
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
Ünsiyyət qurma bacarığı
Qərar qəbul etmə bacarığı
Danışıqlar apara bilmək qabiliyyəti
Azərbaycan dilini mükəmməl bilmək (Rus və İngilis dillərini bilmək üstünlük hesab olunur)
MS Office proqramlarını bilmək
‘’B’’ kateqoriya sürücülük vəsiqəsi
Başlıqda ‘’Pərakəndə satış üzrə mütəxəssisqeyd edərək e-mail adresinə [email protected] göndərilsin. (Zaqatala, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı)” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 1 ay, 2 həftə, 44 dəq
-
1 ay, 3 həftə, 4 gün, 20 saat, 15 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 4 həftə, 2 gün, 4 saat, 13 dəq
- 2 ay, 3 gün, 4 saat, 3 dəq
- 2 ay, 3 gün, 4 saat, 6 dəq