Mühasib köməkçisi axtarılır

İşəgötürən – Fostanpak MMC
Namizədə aid Tələblər:
Müfaviq sahə üzrə ali təhsil
Yaş həddi: 25 – 35 yaş
Staj: 3-5 il (Qida sahəsi üzrə təcrübə mütləqdir)
Microsoft Office proqramlarını (Word, Excel) yaxşı səviyyədə bilmək
1C mühasibatlıq proqramında işləmək bacarağı və minimum 3 il təcrübə.
Vəzifə öhdəlikləri:
Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
Daxili mühasibat uçotunun aparılması
Gündəlik satış sənədlərinin işlənilməsi
Əmək haqqının hesablanması
Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi (PL, mənfəət-zərər, balans, pul axını, debitor-kreditor);
Məhsulların maya dəyərinin hesablanması
Bank əməliyyatlarının aparılması
Elektron qaimə-fakturaların tərtib olunması və göndərilməsi
Mühasibatlıq hesabatlarının vaxtında və düzgün hazırlanması
Kreditor və debitor borcların hesabatı
Əmək haqqı: Razılaşma yolu ilə
İş qrafiki: 6 günlük.
Nahar şirkət tərəfindən təmin olunur.
Ünvan : Binəqədi rayon, 10 may küçəsi
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalar
- 1 gün, 5 saat, 58 dəq
- 1 gün, 6 saat
- 1 gün, 6 saat, 2 dəq
- 1 gün, 6 saat, 4 dəq
- 1 gün, 6 saat, 6 dəq