MKT İstehsalat Kommersiya MMC sinxron tərcüməçi axtarır

İşəgötürən: MKT İstehsalat Kommersiya MMC
Vakansiya: Sinxron tərcüməçi
Son tarix: 23 iyun 2022
Vəzifə öhdəlikləri:
-Rəhbərliyin iştirak etdiyi iclaslarda, konfranslarda, onlayn görüşlərdə sinxron tərcümə fəaliyyətini yerinə yetirmək;
-Tərcümə zamanı qrammatika qaydalarına dəqiqliklə riayət etmək, müvafiq üslubu gözləmək, tam peşəkar səviyyədə işi təhvil vermək;
-Rəhbərlik tərəfindən təqdim edilən sənədlərin tərcüməsini dəqiqliklə təmin etmək;
-Məxfi məlumatlarla işləmək, onların gizliliyini qoruyub saxlamaq;
Tələblər:
-Tərcümə ixtisasında ali təhsil;
-Sinxron tərcümə sahəsində ən azı 3 il iş təcrübəsi;
-Yüksək sinxron tərcümə etmə qabiliyyəti;
-Mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqlarına malik olmaq;
-İngilis dilini və Azərbaycan dilini yazılı və şifahi səviyyədə əla bilmək, rus dilini bilmək arzu olunandır;
-Mükəmməl səviyyədə MS Office (Power Point, Word, Excel) ilə işləmək;
-İşgüzar səfər etməyə açıq olmaq.
Səriştələr:
-Məsuliyyətli
-Şəxsi inkişafa meylli
-Pozitiv
-Özünütəşkiletmə qabiliyyəti
-Nailiyyət yönümlülük
-Etibarlılıq
-Dürüstlük
Əlavə məlumat:
-Əmək haqqı razılaşma əsasında;
-İş qrafiki: Beş günlük iş həftəsi;
-İş yeri: Bakı şəhəri, Qafqaz Business Center;
-Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
- 2 gün, 1 saat, 33 dəq
- 2 gün, 1 saat, 35 dəq
- 2 gün, 1 saat, 37 dəq
- 2 gün, 1 saat, 40 dəq
- 2 gün, 1 saat, 44 dəq