MKT İstehsalat Kommersiya MMC layihə tərcüməçisi axtarır

İşəgötürən: MKT İstehsalat Kommersiya MMC
Vakansiya: Layihə tərcüməçisi
Son tarix: 26 avqust 2022
Vəzifə öhdəlikləri:
-Rəhbərliyin iştirak etdiyi iclaslarda, konfranslarda, onlayn görüşlərdə tərcümə fəaliyyətini yerinə yetirmək;
-Tərcümə zamanı qrammatika qaydalarına dəqiqliklə riayət etmək, müvafiq üslubu gözləmək, tam peşəkar səviyyədə işi təhvil vermək;
-Rəhbərlik tərəfindən təqdim edilən sənədlərin tərcüməsini dəqiqliklə təmin etmək;
-Məxfi məlumatlarla işləmək, onların gizliliyini qoruyub saxlamaq;
Tələblər:
-Tərcümə ixtisasında ali təhsil;
-Tərcümə sahəsində ən azı 3 il iş təcrübəsi;
-Yüksək sinxron,ardıcıl,pıçıltılı tərcümə etmə qabiliyyəti;
-Mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqlarına malik olmaq;
-İngilis dilini və Azərbaycan dilini yazılı və şifahi səviyyədə əla bilmək, rus dilini bilmək arzu olunandır;
-Mükəmməl səviyyədə MS Office (Power Point, Word, Excel) ilə işləmək;
-İşgüzar səfər etməyə açıq olmaq.
Səriştələr:
-Məsuliyyətli
-Şəxsi inkişafa meylli
-Pozitiv
-Özünütəşkiletmə qabiliyyəti
-Nailiyyət yönümlülük
-Etibarlılıq
-Dürüstlük
Əlavə məlumat:
-Əmək haqqı razılaşma əsasında;
-İş qrafiki: Beş günlük iş həftəsi;
-İş yeri: Baki şəhəri, Qafqaz Business Center;
-Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
-
23 saat, 12 dəq
Apteklər şəbəkəsinə “Müştəri xidmətləri üzrə operator” tələb olunur (Gəncə)
-
23 saat, 24 dəq
“Nəqliyyat vasitələrinin izlənməsi üzrə mütəxəssis” tələb olunur
- 1 gün
- 1 gün, 1 saat, 11 dəq
- 1 gün, 16 saat, 26 dəq