MKT İstehsalat Kommersiya MMC GPS operatoru axtarır

Operator


İşəgötürən: MKT İstehsalat Kommersiya MMC

Vakansiya: GPS operatoru

Son tarix: 14 iyul 2022

Vəzifə öhdəlikləri:

-Traktorların gündəlik işlərinin ölçülməsi və hərəkətinə  nəzarət;

-Operativ  hesabatı vaxtında tərtib edərək Baş Gps operatoruna məlumat vermək;

-Filial Dispetçerlərinin işlərinə nəzarət etmək və vaxtında məlumatları tələb etmək;

-Pambıq daşınması zamanı daşınma texnikalarının hərəkətinə nəzarət etmək və kənarlaşmaların qarşısını almaq. 

-İş görülən zaman traktorun Geozonalara uyğun işlədiyini və kənarlaşmaların qarşısını almaq.

Tələblər:

-GPS və GNSS qəbulediciləri haqqında məlumatlı olması

-Geodeziya, xəritəçilik, aqrar, və ya İT sahəsində ali təhsili olanlara üstünlük veriləcəkdir.

-Aqrotexniki işlər barəsində məlumatlı olması arzuolunandır.

-Mövsümün müəyyən dövrlərində gərgin iş rejimində işləmə. 

-Ünsiyyət qurmaq və analitik düşünmə  bacarığı

-Komanda ilə işləmək bacarmağı

-Məsuliyyətlilik, diqqət və dəqiqlik

-Ofis proqramlarında sərbəst işləmək bacarığı

Səriştələr:

-Məsuliyyətli

-Şəxsi inkişafa meylli

-Pozitiv

-Özünütəşkiletmə qabiliyyəti

-Nailiyyət yönümlülük

-Etibarlılıq

-Dürüstlük

Əlavə məlumat:

-Əmək haqqı razılaşma əsasında; 

-İş qrafiki:  Beş günlük iş həftəsi

-İş yeri: Baki şəhəri, Qafqaz Business Center

-Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “GPS operatoru” mövzusu ilə [email protected] elektron ünvanına göndərə bilərsiniz.

“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]