“METAK” çilingər-hidravlik axtarır

-İşəgötürən: “METAK”
-Vakansiya: Çilingər-hidravlik
-Maaş: 600-800 AZN
-Elanın bitmə tarixi: 12.05.2022
İşin təsviri:
Yüksək təzyiq altında çalışan vurma press dəzgahlarının və mürəkkəb formalı maşınqayırma sahəsi üzrə dəzgahların hidravlik sisteminin stabil işini təmin edir;
Avadanlıqların hidravlika hissəsinin fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasını, eləcə də dəzgahların hidravlika sahəsinə baxış, texniki sınaq və profilaktik təmir işlərini təmin və təşkil edir;
Avadanlıqların vaxtından əvvəl sıradan çıxma səbəblərini aydınlaşdırır və onların aradan qaldırılması üçün müvafiq tədbirləri həyata keçirir;
Yağ nasoslarının təmizlənməsini və nasaz olanların dəyişdirilməsini təmin edir;
Hidravlik sistemləri verilən təzyiqə və yağ sərfiyyatına uyğun nizamlayır;
Təkrar soyutma diyircəklərinin yağlanmasını təmin edir;
Yağ filtrlərinin təmizlənməsini və yuyulmasını təmin edir.
İşə dair tələblər:
İş təcrübəsi: 3-5 il;
Hidravlik və mühərrik sistmeləri üzrə təcrübəsi olan;
İş planlama və təşkil etmə bacarığı olan;
Məsuliyyətlik, düzgünlük, işdə dəqiqlik.
İş şəraiti:
İş qrafiki: 6 günlük iş həftəsi;
Nahar şirkət tərəfindən verilir;
Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.
Maraqlananlar saytda onlayn-anketi dolduraraq 12.05.2022 – ci il tarixinə kimi müraciət edə bilərlər.
Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaq.
Vakansiyalar
-
1 gün, 2 saat, 27 dəq
İri Holdinq “İnsan resursları üzrə mütəxəssis” axtarır (Cəbrayıl)
-
1 gün, 2 saat, 41 dəq
Daşınmaz əmlakların araşdırılması üzrə kiçik mütəxəssis axtarılır
- 2 gün, 1 saat, 25 dəq
-
2 gün, 3 saat, 3 dəq
Kapital Bank kredit risklərinin modelləşdirməsi şöbəsinə mütəxəssis, aparıcı, baş mütəxəssis axtarır
- 2 gün, 3 saat, 4 dəq