Mebel istehsalçısı sex rəisi axtarır – MAAŞ 800 MANAT

Sex Rəisi


-İşəgötürən: ” Damla Mebel Fabriki”

-Vakansiya: SEX RƏİSİ

– Maaş : 700-800 AZN

-Şəhər-Bakı

-Yaş- 25 – 38 yaş

-Təhsil- Ali

-İş təcrübəsi- 1 ildən 3 ilə qədər

-Elanın tarixi- Aprel 07, 2022

-Bitmə tarixi- May 07, 2022

-E-mail- [email protected]

İş barədə məlumat

Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.
Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, İran, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.
Vakansiya: Sex rəisi

Vəzifə öhdəlikləri:
– Sexin işinin təşkili və idarə edilməsi
– İstehsal texnologiyasını (avadanlıqların texniki göstərişlərini və işləmə prinsiplərini) bilmək və səmərəli idarə etmək
– Təhlükəsizlik texnikası qaydalarına riayət etmək və sex işçilərini daimi məlumatlandırmaq
– Sexdə işin səmərəliliyi və faydalı iş əmsalını artırmaq üçün təkliflər vermək
– Məhsulun istehsalı və qablaşmasının tələb olunan standartlara uyğun olmasına nəzarət etmək
– Aylıq qoyulan istehsal planını icra etmək
– İstehsal müdirinə hesabatları hazırlayıb təqdim etmək

İş şərtləri:
– Həftədə 6 iş günü, 1 gün istirahət
– Əmək haqqı: 700-800 AZN
– Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir
– İş yeri Abşeron r-nu, Masazır qəs., Villa Badam yaşayış kompleksinin yaxınlığı
– İşçilərin daşınması üçün servis xidməti var (Sumqayıt, Xırdalan şəhərləri, Saray qəsəbəsi və 20 Yanvar metrosundan.)

Namizədə tələblər

– Ali Təhsilli
– Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi
– Komanda ilə işləmək bacarığı
– İdarəçilik bacarıqları
– Təşkilati və analitik bacarıqlar
– Microsoft office proqramlarından istifadə bacarığı

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Sex rəisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Vakansiyaya Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn https://www.damlamebel.org.az/karyera/ CV formamızı doldura bilərlər

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]