“Materre Mebel”ə mebel ustası tələb olunur

İşəgötürən – Materre Mebel
Vakansiya – Mebel ustası
Namizədə dair tələblər:
İş təcrübəsi: Mebel sahəsində 3 ildən çox iş təcrübəsi.
Punktual və ünsiyyətcil olması.
Fiziki baxımdan tam sağlam olması.
Vəzifə öhdəlikləri:
-Klassik, modern və s. üslubda mebellərin istehsalı və ya təmiri zamanı görülən bütün işlər.
-Dizayner tərəfindən verilən çertyoj, şəkil və eskizlərə əsasən müxtəlif stildə mebellərin hazırlanması və üzlənməsi.
-Mürəkkəb konfiqurasiyalı mebelin düzəldilməsi, üzlənməsi və təmiri.
-Ehtiyac olduqda, mebelin ölçülərinin bir başa götürülməsi.
-Ehtiyac olduqda, mebel tam hazır olduqdan sonra, məkanlarda quraşdırılma işlərinin aparılması.
Bilməlidir:
-Mebelin çeşidi və quruluşunu;
-Məkanına uyğun olaraq mebel məmulatlarının istifadə qaydasını.
-Müxtəlif üzlük materiallarının çeşidi, xüsusiyyəti, keyfiyyəti və təyinatını;
-Mebel ləvazimatlarının ümumi və xüsusi istifadə qaydasını;
-Mebel avadanlıqlarının növünü, istifadəsini və texniki imkanlarını;
-İş qrafiki: bazar ertəsi- şənbə 09:00-18:00
-İş yerinin ünvanı: Dərnəgül qəsəbəsi (Çingiz Xan Restoranının arxası)
-Əmək haqqı: 1000-1200 AZN (sınaq müddəti bitdikdən sonra əmək haqqı artımı olacaqdır)
Maraqlanan şəxslər 055-224-04-61 mobil nömrəsindən müsahibəyə yazılmaq üçün zəng edib məlumat əldə edə bilərlər. Zənglərə həftə içi 6 iş günü ərzində 09:00-18:00 saatlarında cavab veriləcək. Bazar günləri zənglər cavablandırılmayacaq. Nəzərə almanız xahiş olunur.
Həmçinin göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Mebel ustası” adını qeyd e-mail ünvanına [email protected] edərək göndərmələri xahiş olunur.
Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Elanın bitmə tarixi 17. 11.2022
Vakansiyalar
- 18 saat, 50 dəq
- 19 saat, 36 dəq
- 20 saat, 14 dəq
- 21 saat, 1 dəq
- 21 saat, 2 dəq