“Leobank”da yeni vakansiya

Operator


Leobank” Validasiya və anderraytinq istiqamətinin operatoru vəzifəsi üzrə vakansiya elan edib.

Tapşırıqlar:

Müştəridən alınan ərizənin doldurulması;

Təqdim edilmiş sənədlərdə məlumatların uyğunluğunun və tamamlığının yoxlanılması;

Məlumatları dəqiqləşdirmək üçün müştərilərə zənglərin edilməsi;

Yeni müasir digital bankçılıq üzrə müştərilərə məsləhət vermək.

Tələblər:

Ali təhsil (Həmçinin bakalavr pilləsinin sonuncu kursunda təhsil alan);

Müştəri xidməti üzrə iş  təcrübəsi (bank sahəsi arzu olunandır);

Ofis proqramları ilə işləmək bacarığı;

Azərbaycan və ingilis dillərini sərbəs bilmək, rus dili arzu olunandı;

İşdə diqqətlilik və detallara fikir vermə qabiliyyəti;

Məsuliyyət və müştəri yönümlük.

Biz təklif edirik: 

Rahat, keyfiyyətli və yenilikçi bir fintech məhsulu istehsalını bilən bir komandada təcrübə qazanma fürsəti;

Karyera və peşəkar inkişaf – şirkətimiz daxilində işçiləri inkişaf etdirməyə çalışırıq, buna görə vəzifənizdə peşəkarlıq əldə etdikdə karyera imkanı üçün şərait yaradılacaq;

21 günlük intensiv təlim proqramı;

İş qrafiki – 2/2(gündüz və gecə növbələri);

Yeni müasir, rahat ofis;

Rəsmi qeydiyyat, sabit əmək haqqı. Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini recruitment@leobank.az elektron ünvanına göndərə bilər (mövzu hissəsində Validasiya və kredit təhlili üzrə operator qeyd etməyiniz xahiş olunur).

Leobank Unibank-ın təqdim etdiyi yeni mobil bankçılıq xidmətidir. Leo müştəriləri kredit limiti olan əlverişli Visa kartından istifadə etmək, ödəmə və köçürmələri həyata keçirmək, Cashback almaq və daha çox üstünlüklərdən yararlanmaq imkanına malikdirlər.


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]