İri tikinti şirkətinə operator tələb olunur
‘’Kristal Abşeron’’ şirkətində (Call Center) Operator vakansiyası aktivdir.
Tələblər:
– Ali təhsil;
– Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
– Azərbaycan və Rus dillərini bilməli;
– MS Office proqramlarını bilmə bacarığı;
– Səlis və aydın intonasiya ilə nitq bacarığı;
– Yaxşı ünsiyyət və dinləmə qabiliyyəti;
– Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
– Çağrı mərkəzinə daxil olan zəngləri və sosial şəbəkələrdən daxil olan sorğuları qəbul etmək, qeydiyyatını aparmaq və cavablandırmaq;
– Telefon zənglərini uyğun şəxslərə yönləndirmək;
– Müştərilərə tam doğru və dolğun məlumatı vermək;
– Müştəri sorğularını qeyd etmək və sorğuların müvafiq cavablandırılmasını təmin etmək;
– Qeydiyyata alınmış müştərilərin müraciətlərini vaxtında həllinə nəzarət və geri dönüş zənglərini qəbul etmək;
– Əlaqə saxlayan müştərilərə şirkət xidmətləri və layihələri, yeniliklərlə bağlı məlumatlandırmaq;
– Əlaqədar struktur vahidləri ilə mütəmadi əlaqə saxlamaq və koordinasiyalı fəaliyyət göstərmək.
İş şəraiti:
– 6 günlük iş qrafiki;
– İş yeri: Bakı/Sumqayıt şəhəri
– Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “(Call Center) Operator” yazmaqla ”[email protected]” elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
6 saat, 11 dəq
Casino Boomerang – Sicherheits‑Guide für österreichische Spieler
- 11 saat, 41 dəq
-
15 saat, 39 dəq
Online Casino: How to Select a Platform and Commence Playing
- 16 saat, 47 dəq
-
20 saat, 6 dəq
WildRobin στην Ελλάδα – Πλήρης οδηγός καζίνο, μπόνους και ασφαλή παιχνίδι