İri Holdinq yağ fabrikinə “Qazanxana və Kompressor sahə rəisi” axtarır

Usta

azersun qida


Azərsun Holding “Qazanxana və Kompressor sahə rəisi” vakansiyasını elan edib.

İş yeri- Sumqayıt şəh., Bakı Qida və Yağ fabriki MMC
Elanın bitmə tarixi – 01.08.2022

Ümumi məlumatlar
– Ali texniki təhsil
– Qazanxana və Kompressor istilik sistemləri sahəsində ən azı 3 il iş təcrübəsi ;
– Şirkətin İstehsal, Keyfiyyətə Nəzarət və Təmir Baxım strategiyasını və əlaqədar qaydalarını bilməli,
– Dövlət standartları, sahə üzrə texniki-normativ sənəd və metodikalarını bilməli,
– Şirkətin bütün Əsasnamə və daxili qanunlarını bilməli,
– Yağ sənayesi və yağların xüsusiyyətlərini bilməli,
– Fabrika su təsərrüfatı, yumşaq su hazırlama, Təzyiqli hava, Soyutma-İsitmə sistemini və istehsal olan məhsulların xüsusiyyyətlərini, soyutma və isitmə texnologiya reglamentini bilməli,
– Qazanxana və kompressor sahə avadanlıq və təchizatların Texnologiya Layihəsinə uyğun montajı, demontajı və yer dəyişdirilməsi qaydalarını bilməli,
– Qazanxana və kompressor sahə avadanlıq, təchizat və ehtiyat hissələri konstruktiv xüsusiyyətlərini, iş rejimini və istismar qaydalarını bilməli,
– Prosesin nəzarət və kritik nəzarət nöqtələrini, nəzarət metodlarını, proses parametrlərini təsbit etməyi bilməli,
– Sahə avadanlıqları üzrə texniki parça və materialların ömür müddəti və sifariş ediləcək ehtiyat miqdarlarını təyin edərək minumum ehtiyat saylarını bilməli,
-Təmir və Baxım Planlarını analiz edib, Baxım Planlarını hazırlamağı BOYS programı üzərindən təqibini bilməli
– Hissə sərfiyyatı üzrə avadanlıqların faydalı iş əmsalını analiz edərək, qabaqlayıcı qərarlar almağı bilməli,
– Qüsur cədvəlləri ilə ehtiyat hissələri siyahısını hazırlamağı və minimum ehtiyat miqdarını bilməli,
– Prosesdəki uyğunsuzluqların texniki səbəblərini, lazımı tədbirləri almağı və uyğunsuzluqları aradan qaldırmağı bilməli,
– Texniki işlərin taləbatına görə xarici bölmələrlə əlaqə qurmağı bilməli,
– İstehsal planlaması ilə əlaqədar qaydaları və metodları bilməli,
– İş Təhlükəsizliyi-İşçi Sağlamlığı, Kanalizasiya və Ekologiyanın Mühafizəsi tədbirlərini bilməli İş haqqında məlumat
İş haqqında məlumat
– Sahələrə bağlı yeni qurğuların qurulması və ya prosesdəki dəyişikliklərdə avadanlıq və təhcizatlatların layihələndirilməsi, yerləşdirilməsi, montaj və demontajı, formların, prosedur, iş təlimatlarının hazırlanmasında iştirak etmək və tətbiqləri yoxlamaq,
– Avadanlıq və təchizatların istehsal layihələrinin çəkilməsindən iştirak etmək və layihəyə uyğun avadanlığın qurulmasını, montajını etmək,
– Bütün maşınların siyahısını çıxardaraq, əskik olan maşınların texniki kataloqlarını və ehtiyat hissələri siyahılarını təmin etməklə arxivlənməsini təmin etmək,
– Prosesdəki bütün avadanlıq, maşınların təlimatlara uyğun düzgün işlədilməsinə, test edilməsinə nəzarət etmək və təmir-baxım planlarını hazırlayaraq, BOYS proqramı üzərindən tətbiqləri təşkil etmək,
– Maşınların köhnəlmə müddətlərini nəzərə alaraq, bütün ehtiyat hissələri üçün minimum ehtiyat say üzrə çalışmanı etmək və bu parçaların ehtiyat miqdarlarını Unity, eBA proqramında təqib edib, minimum olduqda sifarişinin açılması üçün Texniki Planlama mütəxəssisini yazılı məlumatlandırmaq,
– Sahələr üzrə təmir edilə bilən ehtiyat hissələri, texniki vəsaitləri təsbit edib, Mexaniki sahədə təmirini aparmaq
– İşin gedişatını araşdıraraq, araşdırmalar etmək, yenilikçi və iqtisadi yönlü olub, səmərəli və etibarlı işlərin qurulmasını, minimum itki ilə yüksək keyfiyyətdə məhsul istehsalı üçün texniki təkliflər və fəaliyyətlərdə iştirak etmək,
– Prosesdə texniki çıxa biləcək və ya çıxan uyğunsuzluqlar üçün Düzəldici və Önləyici fəaliyyətlərdə olmaq,
– Ehtiyac duyulan elektrik, elektronik parça və hissələrin və elektrik sahəsində istifadə edilən materialların istifadə ömürlərini nəzərə alaraq, Texniki Planlama mütəxəssisi tərəfindən Texniki Kartlarını hazırlanması və sifarişinin açılılmasını təqib etmək,
– İstehsal planına görə istehsalın ən məhsuldar şəkildə və istənilən miqdarda prosedurlara uyğun reallaşdırılması üçün kadrosundaki texniki personalları təlimatlandırmaq, istiqamətləndirmək və işlərin icrasını nəzarət altında saxlamaq,
– Aparılan Təmir və Baxımlara nəzarət və analiz edib, təmir sayını azaldacaq qabaqlayıcı baxım planları üçün təkliflər vermək,
– Ehtiyat hissələri və texniki materialların daha uzun ömürlü istifadə etmək üçün təkliflər vermək,
– Təchizatların iş performanslarına nəzarət edərək, diaqramlar etmək, məhsuldarlığı az və qüsurlu təchizatları Rəhbərliyə bildirmək,
-Sənəd qeydiyyatı işlərinin Keyfiyyət İdarəetmə Sisteminə uyğun edilməsini, dosyalanmasını, revize edilməsini, arxivlənməsini, mühafizə edilməsini, gizli tutulmasını və Mərkəzi Arxivə göndərilməsini təmin etmək,
– Sahə üçün alınacaq işçinin nəzəri, praktik məlumat səviyyəsini yoxlamaq, personalın məlumat, təcrübəsini yüksəldəcək iş başı tədrisləri vermək,
– İstehsal planını nəzərə alaraq, tabeliyində olan personalların növbə qrafikini, məzuniyyət qrafikini hazırlamaq,
– İş təhlükəsizliyi-işçi sağlamlığı, sanitariya və ekologiyanın mühafizəsi istiqamətindəki qərar və tədbirlərin alınmasında iştirak etmək
– Qida təhlükəsizliyiylə əlaqədar problemləri aradan qaldırmaq üzrə lazımı fəaliyyəti başlamaq/tələb etmək.
– Qida təhlükəsizliyi ilə əlaqədar müştəri şikayətlərinin araşdırılmasında, həll olunması və raporlanmasında çalışmaq.
– Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
-Email-in mövzu hissəsində “Qazanxana və Kompressor sahə rəisi” qeyd etməyiniz xahiş olunur.
İş şərtləri
5 günlük (normal) iş rejimi, yemək təminatı və işə gediş-gəliş üçün servis təminatı.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]