İnvestisiya şirkətinə Marja ticarəti üzrə mütəxəssis tələb olunur 

İnvestisiya mütəxəssisi

treyder


Unicapital İnvestisiya Şirkəti “Marja ticarəti üzrə mütəxəssis” vakansiyasına müraciətlərin qəbulunu açıq elan edir!

Tələb və öhdəliklər

-Vəzifə səlahiyyətləri çərçivəsində ona verilmiş tapşırıqlar üzrə struktur bölmələr, müştərilər və digər əlaqədar kontragentlərlə kommunikasiya aparmaq;

-Şirkətdə “Marjinal ticarət” xidmətinin standartlarının və qaydalarının yaradılması və təkmilləşdirilməsi üzrə təkliflər vermək;

-Müvafiq analitik hesabatların və təkliflərin rəhbərliyə təqdim edilməsi;

-Maliyyə bazarlarını və iqtisadiyyatda mövcud tendensiyaları təhlil etmək;

-Müştəri bazası və aktivliyi haqqında analitik məlumatlar hazırlamaq;

-Xidmət üzrə açılan bütün hesabların monitorinqini aparmaq;

-Müştəri hesabatlarının və uçot sisteminin düzgünlüyünün təmin edilməsi, o cümlədən, mütəmadi olaraq onların qarşılıqlı uyğunluğunu yoxlamaq;

-Fəaliyyətin təşkili zamanı risklərin məqbul çərçivəsini müəyyən etmək və risk səviyyəsinə davamlı nəzarət etmək;

-Marjinal ticarətlə məşğul olan müştərilərin cari tələblərini araşdırmaq;

-Şirkətin digər struktur bölmələri ilə əlaqəli qaydada potensial marjinal ticarət ilə maraqlanan qrupların aşkar olunması və cəlb olunması mexanizmlərinin yaradılması və təkmilləşdirilməsi üzrə təkliflər vermək;

-Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları icra etmək.

-Ali təhsil (iqtisadiyyat, maliyyə və ya riyazi sahədə);

-Maliyyə sahəsində minimum 2 il iş təcrübəsi;

-Analitik/sistemli düşünmə və səlis ünsiyyət vərdişləri;

-İnvestisiya fəaliyyətinin və iqtisadi nəzəriyyənin əsaslarını bilmək;

Danışıqlar aparmaq bacarığı və problemli vəziyyətlərin həlli təcrübəsi;

-Korporativ davranış normalarını bilmək;

-Kompüter bilikləri: MS Excel, MS Word, MS Outlook;

-Azərbaycan dili üzrə mükəmməl, ingilis dili üzrə orta bilik səviyyələri;

-Kollektivdə işləmək bacarığı.

“CV”niz qeyd olunan ünvana göndəriləcəkdir: [email protected]

Link: https://unicapital.az/karyera/marja-ticareti-uzre-mutexessis

Avand sosial şəbəkələrdə


Vakansiyalar

©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]