Havalandırma və isitmə-soyutma işləri üzrə mütəxəssis tələb olunur

Usta


İşəgötürən -Facility Management Group

Vəzifə – Havalandırma və isitmə-soyutma işləri üzrə mütəxəssis

Vəzifələr:

-İsitmə-soyutma, hava tədarükü sistemlərin/avadanlıqların mexaniki, elektrik, elektron və avtomatlaşdırılmış hissələrində müayinə, texniki xidmət, təmir-bərpa, quraşdırma və sazlama işlərin icrası

-Mexaniki sistemlərdə təhlükələrin, potensial risklərin, istismar standartlarından kənarlaşma hallarının müəyyən edilməsi, aradan qaldırılması və qeydiyyata alınması

-İsitmə-soyutma, hava tədarükü sistemlərində mövcud avadanlıq/elementlərin əvəzlənməsi, yeni avadanlıqların/elementlərin quraşdırılması, sazlanması, sınağı və istismara buraxılması

-Müxtəlif müayinə və sınaq cihazları və alətləri vasitələri ilə sistemin/elementlərin işçi göstəricilərinin yoxlanılması, nasazlıqların və kənarlaşmaların aşkarlanması

-Aşınmış avadanlıqların və onların elementlərinin təmiri, bərpa edilməsi və yenisi ilə əvəz edilməsi

-İcra edilən işlərin, müayinələrin və sınaqların qeydiyyata alınması və müvafiq hesabatların təqdim edilməsi

-İsitmə-soyutma, hava tədarükü sistemlərin/avadanlıqların əvəzlənməsi üçün texniki tələblərin müəyyən edilməsi və lazım olduqda alternativ təkliflərin verilməsi

-Əmək təhlükəsizlik qaydalarına və əsas fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi

-İşlər üzrə hesabatlılıq qaydalarına riayət edilməsi və müvafiq qeydiyyatların rəqəmsal formatda aparılması

Tələblər:

-Müvafiq sahə üzrə Peşə və ya Ali təhsil

-Müvafiq ixtisası təsdiq edən təlim şəhadətnaməsi

-Müvafiq sahə üzrə minimum 5 il təsdiqli iş təcrübəsi

-Əla fiziki sağlamlıq və yüksəklikdə iş bacarığı

-Yaşayış və kommersiya ərazilərinə dair isitmə-soyutma və havalandırma standartlar və tələblər üzrə əsaslı biliklər

-Yaxşı ünsiyyət və hesabatlılıq bacarıqları

-Fövqəladə və qəza hallarında səriştəli hərəkət etmək bacarıqları

-Əmək haqqı 1000-1200 azn.

Qeyd: İş yeri Ələt azad iqtisadi zonasında yerləşir.

İşçilər servis xidməti ilə təmin olunacaqlar.

Xahiş edirik CV-lərinizi Havalandırma və isitmə-soyutma işləri üzrə mütəxəssis qeyd etməklə e-mail ünvanına [email protected] göndərəsiniz.

Elanın bitmə tarixi -24.11.22

Şirkət haqqında

Facility Management Group ofis və yaşayış binası, biznes və ticarət mərkəzləri və digər müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsini həyata keçirən aparıcı şirkətdir.

Missiyamız

Daşınmaz əmlak sektorunda gözləntiləri üstələyən xidmət və peşəkarlıq səviyyəsini təmin etmək. Müştəri məmnuniyyətini qarşılamaq, daim yenilikçi olmaq, yüksək standartlar, düşünülmüş
sistemlər və iş səmərəliliyinə önəm vermək.

Vizyonumuz

Azərbaycanda bir nömrəli daşınmaz əmlak şirkəti olaraq bu sahədə mümkün olan ən yüksək standartlara nail olmaq.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]