Gemza Group CNC operator axtarır

İşəgötürən: Gemza Group
Vakansiya: CNC Operator
Son tarix: 23 oktyabr 2022
Əsas vəzifələri:
-CNC torna dəzgahlarını istifadə etmək.
-Metal məmulatları kəsmək, əymək, formaya salmaq, tikmək, deşmək, oymaq, dəlmək, yiv açmaq üçün Rəqəmli Proqram İdarəetmə sistemlərini işə salmaq, istiqamətləndirmək və ya istismar etmək
-Dəzgahlardakı uyğunlaşdırmaları və materiallara olan tələbləri müəyyən etmək məqsədilə işin texniki cizgilərini oxumaq
-Avadanlığın, materialların və məhsulların istismarı ilə bağlı yaranan problemləri həll etmək
-Maşınqayırma cizgilərinin oxumağa bacarmaq.
-Frez dəzgahı ilə iş təcrübəsinə sahib olmaq.
-Əl alətlərindən istifadə etməklə frezer, kəsici mexanizmlər, bıçaqlar, qayka açarlar və fırçalar kimi yeyilən hissələrini dəyişdirmək və maşını sazlamaq
-Məhsulun keyfiyyət standartlarına uyğunluğuna operativ nəzarət işlərini yerinə yetirmək
Namizədə tələblər:
-CNC torna dəzgahın operatoru və ya oxşar vəzifəsində 1 ildən az olmayaraq iş təcrübəsi
-Ölçmə işləri üçün bəsit riyazi biliklər
-Frez dəzgahı ilə iş təcrübəsi arzu olunandır
-Azərbaycan dili
-Dəqiqlik, diqqətlilik məsuliyyətli
-Komanda ilə işləmə bacarığının olması
-Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq
Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq 400-700 AZN
İş şəraiti:
-İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Bəşir Bünyadov küç. 3L (Koroğlu stansiyası yaxlınlığında)
-Növbəli iş qrafiki
-Tam sosial təminat (məzuniyyət və s.)
-Nahar şirkət tərəfindən təmin edilir
Maraqlanan namizədlər mövzu yerində “CNC Operator” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.. Yalnız uğurlu namizədlər mühasibəyə dəvət olunacaqlar.
Vakansiyalar
- 1 ay, 1 həftə, 4 gün, 16 saat, 40 dəq
-
1 ay, 3 həftə, 2 gün, 12 saat, 11 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 3 həftə, 6 gün, 20 saat, 9 dəq
- 2 ay, 1 gün, 19 saat, 59 dəq
- 2 ay, 1 gün, 20 saat, 2 dəq