Ferrum Capital satış məsləhətçisi (Promoter) axtarır
İşəgötürən: Ferrum Capital
Vakansiya: Satış məsləhətçisi (Promoter)
Son tarix: 15 may 2022
Hansı özəlliklərə malik olmalıdır?
-Ali təhsil;
-18-29 yaş aralığı;
-Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür);
-Komanda ilə işləməyi bacarmaq, işinə həvəsli və özünü təkmilləşdirməyə meyilli olmaq;
-Ünsiyyət və inandırma bacarığının olması;
-Analitik düşünmək, diqqətli olmaq, təşəbbüs göstərməkdən qorxmamaq;
-Hədəf yönümlü olmaq;
-Düzgün səs tonuna və düzgün diksiyaya malik olmaq;
-Satış sahəsi üzrə karyera qurmağı planlamaq.
Satış məsləhətçisi (Promoter) nə iş görür?
-Ferrum Kapital QSC-nin Bakı şəhərində yerləşən satış nöqtələrinə yaxınlaşan müştərilərə faktorinq xidmətləri barədə məlumat verilməsi;
-Potensial müştərilərə faktorinq xidmətləri barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması;
-Faktorinq məhsulları əldə etmək istəyən müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi və yönləndirilməsi;
-Müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi;
-Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması.
Əlavə məlumat:
-5 günlük iş qrafiki: 09:30 – 18:30
-Əmək haqqı: 300 -500 AZN + Bonus
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Satış məsləhətçisi (Promoter)” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. Növbəti mərhələ üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiyalar
-
2 ay, 2 həftə, 1 gün, 1 saat, 30 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 4 gün, 2 saat, 25 dəq
- 7 ay, 2 həftə, 4 gün, 4 saat, 18 dəq
- 10 ay, 3 həftə, 1 gün, 23 saat, 3 dəq
-
11 ay, 3 gün, 18 saat, 34 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır