Çinar Park Biznes Mərkəzinə “Qazanxana operatoru” tələb olunur

Operator


İşəgötürən – Çinar Park Biznes Mərkəzi

Vəzifə – Qazanxana operatoru
İş barədə məlumat
– Verilmiş yük qrafikinə uyğun olaraq qazanların iş rejiminin idarə olunması
– Aqreqatlara istismar xidməti göstərməklə, onların fasiləsiz və faydalı işinin təmin edilməsi
– Xidmət edilən avadanlığın işə salınması, dayandırılması, sınanması, təzyiq altında yoxlanılması və istilik sxemlərində dəyişdirmələrin aparılması
– Ölçü vasitələrinin göstəricilərinə, avtomatik tənzimləyicilərin və siqnalvericilərin işinə nəzarət edilməsi
– Qəza hallarının ləğv edilməsi, avadanlığın işindəki nasazlığın aşkar edilib aradan qaldırılması üçün tədbirlər görülməsi, avadanlığın təmirə çıxarılması
– İstilik və ya buxar istilik sistemlərinin daşıyıcısının qızdırılması üçün nəzərdə tutulan avadanlıqların saz vəziyyətə gətirilməsi
– Qazanlarda suyun səviyyəsinə, buxar təzyiqinə və qızdırıcı sistemlərinə verilən suyun temperaturuna nəzarət edilməsi
– Nasos, mühərrik və digər köməkçi mexanizmlərin iş fəaliyyətinə hakim olunması
– Qazanxana sisteminin sxemi və xarakteristikası tələblərinin icra edilməsi

-Yaş həddi 35-50
– İş qrafiki : 6 günlük
– İş yeri : Bakı şəhəri
– Nahar şirkət tərəfindən təmin olunur
 
Namizədə tələblər:

–      Orta ixtisas (çilingər-mexanik) təhsili
–      Qazanxananın su qızdırıcı çənlərinin, qaz avadanlığının və köməkçi avadanlığının cihazları və iş prinsipilərinə dair biliklər.
–      Qazanxananın istismar sənədlərinə olan tələblər barədə biliklər.
–      Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş qaz qazanxanasının operatoru sertifikatı
– Azərbaycan dili (rus dili biliyi üstünlükdür)

Uyğun olan namizədlər cv-lərini mövzu yerinə “Qazanxana operatoru” yazmaqla [email protected] mail ünvanına göndərə bilərlər.

-Əlaqədar şəxs – Fəridə Ağayeva

Telefon

(012) 310-02-40
(051) 232-91-03

Elanın bitmə tarixi – 18.11.2022

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]