Buta Group priva operatoru axtarır

İşəgötürən: Buta Group
Vakansiya: Priva operatoru
Son tarix: 10 iyun 2022
Vəzifə öhdəliyi:
-Bitkilərin qidalanma prosesini PRIVA istixana proqramı vasitəsilə idarə etmək;
-Bitkilərin qidalanmasını damcı sistemi əsasında təşkil etmək;
-İstehsalatda istilik qoruyucu və ya əksetdirici ekranlardan istifadə olunmasını təmin etmək;
-İstixana bölmələrinin hər birində hava temperaturu və rütubətin ölçülməsi və tənzimlənməsini (aşağı istilik, yüksək istilik) təmin etmək;
-Nəfəslik havalandırmanın saz vəziyyətdə olmasını, avtomatik açılması və bağlanmasını təmin etmək;
-Hava dövriyyəsi, ventilyatorun qoşulması, söndürülməsi və daimi işlək vəziyyətdə olmasını təmin etmək;
-Rütubətliyə nəzarət etmək və artıq istilikdən qorunmasını təmin etmək;
-Təcili və fövqəladə hallar siqnallarının qəbul edilməsi və verilməsini təmin etmək;
-Nasazlıqların aradan qaldırılması üçün tədbirlər görmək;
-Avadanlıqların mütəmadi olaraq texniki baxışdan keçirilməsini təşkil etmək.
Bacarıqlar:
-Ünsiyyət/təqdimat bacarıqları və əlaqələr qurmaq qabiliyyəti;
-Təşkilatçılıq və vaxtı səmərəli idarəetmə bacarığı;
-İşgüzarlıq;
-Komandada işləmək bacarığı
-MS Office proqramları, xüsusilə PRİVA(İqlimə Nəzarət)
Tələblər:
-Ali təhsil
-Analoji sahədə ən az 1 il iş təcrübəsi
-Rus dili , ingilis dili arzu olunan
Təminatlar:
-Əmək haqqı: namizədin bilik və bacarıqlarına görə dəyişir;
-Korporativ nömrə müəssisə tərəfindən qarşılanır
-Peşəkar komanda ilə əmək fəaliyyəti.
Göstərilən tələblərə uyğun olan namizədlər mövzu yerində “Priva Operatoru” qeyd etməklə CV-lərini göndərə bilərlər.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 1 gün, 23 saat, 2 dəq
- 1 gün, 23 saat, 4 dəq
- 1 gün, 23 saat, 6 dəq
- 1 gün, 23 saat, 9 dəq
- 1 gün, 23 saat, 13 dəq