Azerbaijan Fish Farm satış təmsilçisi axtarır

İşəgötürən: Azerbaijan Fish Farm
Vakansiya: Satış təmsilçisi
Son tarix: 20 avqust 2022
Namizədə Tələblər:
-Orta və ya orta ixtisas təhsili;
-Minimum 1 il iş təcrübəsi;
-Azərbaycan dili, Rus dili, İngilis dili (arzuolunandır);
-Qida sənayesində, pərakəndə satış üzrə təcrübə;
-MS office üzrə biliklər;
-Yüksək səviyyədə ünsiyyət bacarıqları, müştərilərlə düzgün davranış qaydaları, komanda ilə işləmə bacarığı.
Vəzifə üzrə öhdəliklər:
-Çalışdığı pərakəndə satış məntəqəsinin məhsullarının satışının artırılmasına vəzifə öhdəlikləri daxilində yardımçı olmaq;
-Məsul olduğu mağazada satılan məhsullar barədə bilikli olmaq;
-Müştərilərin məhsullar barədə hər növ suallarını dəqiq, düzgün və vaxtında cavablandırmaq;
-Müştərilər tərəfindən gələn tələb, təklif və şikayətləri yerində qəbul etmək və ya məsul şəxslərə yönləndirmək;
-Malların rəflərdəki yerinin standartlara, təyin edilmiş qiymətlərə uyğunluğunu və istifadə müddətinin artma sırasına (FİFO) mütənasib düzülüşünü təmin etmək;
-Zədələnmiş, yararsız, texniki göstəriciləri silinmiş və ya istifadə müddəti bitmiş məhsullar aşkar etmək və onları rəflərdən qaldırmaq və ya məsul şəxsi məlumatlandırmaq;
-Oğurluq hallarına qarşı ayıq olmaq və mağaza daxilində hər hansı şübhəli hərəkət barədə şirkətin təhlükəsizlik xidməti əməkdaşlarına məlumat vermək;
-Anbardan mağaza göndərilən məhsulları SƏTƏM qaydaları çərçivəsində təhlükəsiz şəkildə satış ərazisinə gətirmək;
-İş ərazisinin, cihaz və avadanlıqların gigiyena qaydalarına uyğun şəkildə təmizliyini təmin etmək və avadanlıqları texniki istifadə qaydalarına uyğun istifadə etmək;
-Müstəsna xidmət göstərmək məqsədilə daim səliqəli, şirkət tərəfindən verilmiş uniformada (təmin olunmadıqda ağ-qara geyimli formada) olmaq, müştərilərə təlimata uyğun gülərüz, yardımsevər, nəzakətlə yanaşmaq və yola salmaq;
-Müştərilərə kassada xidmət göstərmək;
-Birbaşa rəhbər tərəfindən öncədən təyin edilmiş həftəlik iş qrafikinə əsasən işə gəlmək, nahar və çay fasiləsini təyin edilmiş qrafikə uyğun istifadə etmək;
-Qida təhlükəsizliyi üzrə təlimatlara əməl etmək və qida təhlükəsizliyi ilə bağlı uyğunsuzluqlar barədə məsul şəxslərə məlumat vermək.
İş şəraiti:
-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
-İş vaxtı: 6 günlük
-İş yeri: Bakı şəhəri (Baku Caviar Boutique)
Vakansiyaya müraciət üçün CV-ləri “Satış təmsilçisi” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Vakansiyalar
-
2 gün, 3 saat, 16 dəq
“Happy Market”ə işçilər tələb olunur -Müdir müavini, kassir, satıcı
- 2 gün, 6 saat, 15 dəq
-
2 gün, 6 saat, 16 dəq
Zeytun Pharmaceuticals logistika və sənədləşmə üzrə mütəxəssis axtarır
- 2 gün, 6 saat, 19 dəq
- 2 gün, 6 saat, 21 dəq