Avromed Company QSC anbar sistem operatoru axtarır

İşəgötürən: Avromed Company QSC
Vakansiya: Anbar sistem operatoru
Son tarix: 01 iyul 2022
Vəzi̇fə Öhdəli̇kləri̇:
-Anbar rəhbəri tərəfindən tələb olunan lazımi hesabatları təqdim etməli;
-WMS programının işin gedişatına (mal qəbulu-çıxışı, yerləşdirmə, transferi və s.) uyğun olaraq Anbar rəhbəri tərəfindən verilən səlahiyyətlər daxilində calışmasını həyata keçirməli;
-İşin gedişatı ilə əlaqəli iş əmrlərinin sistem üzərindən yaradılması və əlaqəli vəzifələrin əl terminalı və ya PC ekranlarına lazım olan məlumatın çatmasını həyata keçirmək;
-Sistemlə əlaqəli çalışan cihazların düzgün işləməsini təmin edir və problem yaranacağı halda səlahiyyətləri daxilində mudaxilə və ya əlaqəli şöbələrə/səlahiyyətli şəxslərə təcili müraciət etmək;
-WMS-ə və ya WMS-dən ERP proqramına lazım olan məlumatın ötürülməsi (verilən səlahiyyətlər daxilində);
-Anbar içərisində çalışan əl terminalı istifadəçilərinə lazımi tədrislər vermək;
-Anbar əməliyyatları sırasında terminalın işləmə prinsipləri ilə əlaqəli vaxtaşırı işçiləri təlimatlandırmaq;
-Anbar əməliyyatları ilə əlaqəli program və işçilərin monitorinqini vaxtaşırı həyata keçirmək;
-Ona təhkim olunmuş bütün maddi varlıqlardan məsuldur;
-İş vaxtı sistem tərəfindən yaranabiləcək hər hansı problemə müdaxilə etmək və müəyyən edilmiş vaxta işin bitməsini təmin etmək.
Tələblər:
-Anbar idarə etmə sistemləri ilə bağlı iş təcrübəsi ən az 1 il;
-Dil bilikləri: Azərbaycan və Rus;
-Kompyuter bilikləri: WMS, ERP və MS Ofis;
-Anbar prosesləri ilə bağlı ümumi bilgiyə sahib olmalı;
-Anbar sənədləşmə qaydalarını bilməli;
-Anbar proseslərinə hakim olmalı;
-Komanda daxilində işləmə bacarığı;
-Analitik düşünmə qabiliyyəti;
-Cəld qərar vermə.
-Problem həll etmə bacarığı
Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına 30.06.2022-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Anbar sistem operatoru” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiyalar
- 2 gün, 10 saat, 49 dəq
- 2 gün, 10 saat, 52 dəq
- 3 gün, 4 saat, 7 dəq
- 3 gün, 4 saat, 49 dəq
- 3 gün, 4 saat, 51 dəq