ASIA Motors mühərrik ustası axtarır (avtomobil sahəsi üzrə)

İşəgötürən: ASIA Motors
Vakansiya: Mühərrik ustası (avtomobil sahəsi üzrə)
Son tarix: 05 iyun 2022
Tələblər:
-Avtomobil mühərrik ustası sahəsində 5 il iş təcrübəsi ;
-Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
-Komandada işləmək qabiliyyəti;
-Yaş həddi: 25-45
Vəzifələr:
-Təmiri iş kartına əsasən vaxtında və keyfiyyətlə yerinə yetirmək.
-Təhkim olunmuş əlalətlərini düzgün qaydada istifadə etmək.
-Təhkim olunmuş əl alətlərini təmiz və səliqəli saxlamaq.
-İstehsalçıların təmir texnologiyalarına riayət etmək.
–Texniki dəstək üçün Baş mexanikə müraciət etmək.
-Görülmüş işlər haqda iş kartında qeydlər aparmaq.
-Əlavə işlər müəyyən edildikdə Baş mexaniki məlumatlandırmaq.
-Daxili prosedurlara və nizam–intizam qaydalarına riayət etmək.
-Avadanlıqlardan düzgün istifadə etmək, sıradan çıxdıqda dərhal Baş mexanikə məlumat vermək.
-İş yerinin təmiz və səliqəli saxlamaq,əmək və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək.
-Təlim proqramına uyğun olaraq təlimlərdə iştirak etmək və attestasiyalardan keçmək.
-Lazımi texniki dəstək üzrə prosedurlara riayət etmək.
-Üst rəhbərinə görülən işlər barədə hesabat verməli.
İş şəraiti:
-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
-İş qrafiki: 6 günlük və müvafiq iş saatı həcmi;
-İş yeri: Babək prospekti;
Əmək haqqı: Müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.
Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] mail ünvanına mövzu hissəsində “Mühərrik ustası” qeyd edərək göndərə bilərlər.
Vakansiyalar
-
2 saat, 20 dəq
Bank Respublika ASC qeyri-kredit sahəsi üzrə auditor axtarır
- 2 saat, 22 dəq
- 2 saat, 24 dəq
- 2 saat, 26 dəq
- 2 saat, 28 dəq