Aqrar İnnovasiya və Təchizat Şirkəti 1C operator axtarır
İşəgötürən: Aqrar İnnovasiya və Təchizat Şirkəti
Vakansiya: 1C Operator
Son tarix: 13 noyabr 2022
Namizədə olan tələblər:
-Ali təhsil;
-Müvafiq sahədə minimum 1 illik iş təcrübəsi;
-Təchizat Zəncirinin İdarə olunmasına dair anlayışın olması;
-Kompüter bilikləri (MS Office);(excell və 1c biliyi mütləqdir)
-Kollektivlə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
-Satın alınan malın hərəkətinin və sənədləşdirilməsinin izlənilməsi və təşkil edilməsi;
-Satınalma əməliyyatlarının və anbarlararası transferlərin 1C sisteminə daxil edilməsi;
-Logistik xərclərin 1c sisteminə düzgün mədaxil edilməsi;
-Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparılması;
-Müvafiq işlərlə bağlı rəhbərliyə hesabatların təqdim edilməsi;
-Aylıq hesabatların hazırlanıb rəhbər şəxsə təqdim edilməsi.
İş şərtlərimiz:
-Əmək haqqı: 500 AZN;
-İş qrafiki : Həftə içi 5 gün,Şənbə günləri bir neçə həftədən bir növbəli və natamam iş saatı;
-İş saatları: 08:30-17:30.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “1C Operator” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 9 saat, 11 dəq
- 15 saat, 24 dəq
- 19 saat, 50 dəq
-
20 saat, 31 dəq
Casino on-line overview: offerings, payments, and player journey
- 21 saat, 57 dəq