Alyans Tekstil satış mütəxəssisi axtarır
İşəgötürən: Alyans Tekstil
Vakansiya: Satış mütəxəssisi
Son tarix: 26 noyabr 2022
Tələblər:
-Ali təhsil;
-MS Office proqramlarını bilməli;
-Azərbaycan dilində səlis danışıq, rus və ingilis dilləri – orta səviyyədə;
-Yaş: 25-35;
-Daima özünü inkişaf etdirmək və biliklərini artırmaq;
-Fikrini düzgün şəkildə izahetmə qabiliyyəti;
-Yaranan problemli situasiyaları təhlil və həll etmə qabiliyyəti;
-Digər iş yoldaşları ilə müntəzəm koordinasiyalı çalışmaq;
-Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
-Biznes danışıqları aparmaq və təqdimat bacarığı.
-Yalnız kişi namizədlər müraciət etsin.
-Tekstil sahəsində çalışan namizədlərə üstünlük veriləcək.
Öhdəliklər:
-Şirkət məhsullarının satışını təşkil etmək;
-Soyuq zənglər və yerində görüşlər vasitəsi ilə yeni müştərilər cəlb etmək;
-Cəlb edilmiş müştərilər ilə daim ünsiyyətdə olmaq, şirkətin məhsulları haqqında məlumat vermək;
-Müştəridən gələn sorğuları analiz etmək;
-Müştəridən gələn sorğuya qiymət təklifi hazırlamaq;
-Aylıq, rüblük və illik satış planlarını və hədəflərini yerinə yetirmək;
-Şirkətin potensial və bütün müştərilərinin izlənməsi, məlumatların yenilənməsini həyata keçirmək;
-Həftəlik və aylıq hesabatları hazırlamaq;
-Alıcılarla satış dövriyyəsinin artırılmasını təmin etmək.
İş şəraiti:
-İş yeri: Sumqayıt şəhəri
-İş rejimi: 5 günlük 08:30-17:30
-AR Əmək məcəlləsinə uyğun sənədləşmə;
-Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq.
-Nahar, korporativ mobil telefon və nömrə şirkət tərəfindən təmin olunur.
-Rahat iş şəraiti.
Uyğun namizədlərin öz CV-lərini mövzu hissəsinə “Satış mütəxəssisi” yazmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız qeyd olunan tələblərə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 9 saat, 3 dəq
- 15 saat, 16 dəq
- 19 saat, 42 dəq
-
20 saat, 23 dəq
Casino on-line overview: offerings, payments, and player journey
- 21 saat, 49 dəq