Şirkətə operator tələb olunur
İşəgötürən -Enginet LLC
Vəzifə: Çağrı mərkəzi (Call Center) operatoru
Vəzifə öhdəlikləri:
– Şirkətin Çağrı Mərkəzinə daxil olan müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq;
-Qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;
-Müraciət zamanı şirkətin xidmətləri haqqında ətraflı məlumat vermək;
– Müraciətləri aidiyyatı olan şöbələrə yönəltmək və prosesin gedişatına nəzarət etmək;
-Yeni müştəriləri telefon vasitəsilə cəlb etmək;
– Şirkətlə müştəri arasında düzgün koordinasiya yaratmaq;
– Xidmətin dayanmasının və müştərilərdən kütləvi müraciətlərin daxil olmasının qarşısını almaq üçün müvafiq sistem proqramlarına nəzarət etmək;
– Vəzifə təlimatında qeyd edilən digər öhdəlikləri yerinə yetirmək.
Namizədə verilən tələblər:
-Ali təhsilə üstünlük verilir
-Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli
-Nitqi aydın və səlis olmalı
– Fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti olmalı
-Müştərilərlə ünsiyyət qurma bacarığı
-Məsuliyyətli, səbrli, stressə davamlı olmalı
– MS Office proqramlarını bilməli
İş qrafiki: növbəli, günaşırı.
Müraciət qaydası: CV-nizi [email protected] elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını – “Çağrı mərkəzi operatoru” yazmaqla göndərə bilərsiniz.
“ENGINET” şirkəti IT sahəsində sistem inteqrasiyası üzrə hərtərəfli həllər təklif edən mütərəqqi telekommunikasiya xidmətləri təchizatçısıdır.
Vakansiyalar
- 2 ay, 1 həftə, 2 gün, 20 saat, 59 dəq
- 3 ay, 1 həftə, 2 gün, 22 saat, 52 dəq
- 6 ay, 2 həftə, 17 saat, 37 dəq
-
6 ay, 3 həftə, 5 gün, 13 saat, 8 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 6 ay, 4 həftə, 2 gün, 21 saat, 6 dəq