Azerbaijan Energy Regulatory Agency ofis meneceri axtarır (Kürdəmir)

Menecer


İşəgötürən: Azerbaijan Energy Regulatory Agency

Vakansiya: Ofis meneceri (Kürdəmir)

Son tarix: 09 sentyabr 2022

Vəzifə öhdəlikləri:

-Filialın kargüzarlıq işini aparmaq, bölməyə daxil olan sənədləri qəbul etmək, Agentlikdə  qəbul olunmuş qaydaya uyğun olaraq onları sistemləşdirmək və bölmə rəisinə təqdim etmək;

-Filiala daxil olan sənədləri bölmə rəisinin tapşırığına əsasən iş prosesində istifadə etmək və ya cavablandırılması üçün onu icraçılara təqdim etmək və sənədin yerinə yetirilməsinin icra müddətinə nəzarət etmək;

-Filialın fəaliyyəti ilə bağlı məlumatları kompüterə daxil etmək, müvafiq çap işlərini və telefon zənglərini həyata keçirmək;   

-Filialın fəaliyyətinə dair təlim, konfrans, müşavirə və seminarların keçirilməsi ilə əlaqədar hazırlıq işlərini görmək;

-Telefon zənglərinin həyata keçirilmək, danışıqlar aparılmaq, rəhbərin qəbuluna gələn vətəndaşları qarşılamaq;  

-Filiala daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin etmək, hesabatlar, arayışlar və məlumatlar hazırlamaq. 

-Filialın fəaliyyəti ilə əlaqədar digər texniki işləri icra etmək.

Tələblər:

-Ali təhsil;

-Yaş həddi 22-30 aralığı;

-Azı 1 il iş stajı; (dövlət qrumunda təcrübə arzu olunandı)

-Microsoft Word və Excel proqramlarında mükəmməl işləmə bacarığı;

-Rus dilini bilməsi arzu olunandır;

-Vətəndaşlarla işləmə, fikrini düzgün ifadə etmə və savadlı  yazı qabiliyyəti.

Digər:

-Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;

-İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00; 

-İstirahət günləri: şənbə və bazar günləri;

-Vakansiya üzrə müraciətin son müddəti: 8 sentyabr 2022-ci il

-İş yeri: Kürdəmir şəhəri

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini [email protected] poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Kürdəmir filialı – Ofis meneceri) qeyd edin.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]