AZAL təyyarə bələdçisi axtarır
“Azərbaycan Hava Yolları” təyyarə bələdçisi vəzifəsinə işə qəbul elan edir.
Vəzifə öhdəlikləri:
– Hava gəmisinin göyərtəsində sərnişinlərin xoş qarşılanması üçün gözəl şərait yaratmalı
– Sərnişinlərə qarşı xeyirxah olmalı və onlara qayğı göstərməli
– Hava gəmisində sərnişinlərin düzgün məlumatlandırılması və davranış qaydalarına riayət etməli
– Hava gəmisində sərnişinlərin təhlükəsizliyini, operativ ilkin tibbi yardım göstərilməsini və yüksək səviyyəli xidməti təmin etməlidir.
Vakansiya üzrə tələblər:
– Orta ixtisas təhsilli
– Məsuliyyətli olmalı
– Ünsiyyətcil
– Komandada işləmək bacarığı
– Stresə davamlı olmalı
Xüsusi tələblər: 18 yaşından 30 yaşınadək, boyu 165 sm-dən az və 180 sm-dən çox olmayan xanımlara üstünlük verilir.
-İş qrafiki: Daxili intizam qaydalarına əsasən
-Dil bilikləri: Azərbaycan dili – əla, İngilis dili – yaxşı, Rus dili – yaxşı
Bizim komandaya qoşulmaq istəyən və yuxarıdakı tələblərə uyğun olan namizədlər “Azərbaycan Hava Yolları”nın İnsan Resursları Baş idarəsinə həftə içi saat 15:00-dan 17:00-dək yaxınlaşa bilərlər. Şəxsiyyət vəsiqəsini və onun sürətini özünüz ilə gətirməyi unutmayın.
Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu, Terminal 2 (“köhnə terminal” kimi tanınan bina), Şimal girişi, 2-ci mərtəbə, İşə qəbul şöbəsi.
Vakansiyalar
- 2 ay, 1 həftə, 5 gün, 14 saat, 42 dəq
- 3 ay, 1 həftə, 5 gün, 16 saat, 35 dəq
- 6 ay, 2 həftə, 3 gün, 11 saat, 20 dəq
-
6 ay, 4 həftə, 1 gün, 6 saat, 51 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 2 gün, 14 saat, 49 dəq