General Supply ofis meneceri axtarır
İşəgötürən: General Supply
Vakansiya: Ofis meneceri
Son tarix: 07 avqust 2022
Əsas vəzifə və öhdəliklər:
-Gələn zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək,şirkətin yenilənmiş telefon siyahısını saxlamaq;
-Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə yönləndirilməsi, poçt və ya kuryerlə göndərilməsi;
-Ofis daxili ehtiyacların müəyyənləşdirilməsi, müvafiq şirkətlərlə danışıqların aparılması və sifarişlərin edilməsi;
-E-mail və yazışmaların həyata keçirilməsi, müvafiq olaraq yönləndirilməsi
-Ofis daxili işlərin təşkili və nəzarəti;
-Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası;
Namizədə qarşı tələblər:
-Bəy namizədlərə üstünlük verilir;
-Ali təhsil;
-Yaxşı səviyyədə Azərbaycan və İngilis dili biliyi;
-Microsoft Office proqramlarında yaxşı səviyyədə işləmə bacarığı;
-Gülərüz, səliqəli xarici görünüş;
-Həm yazılı, həm də şifahi ünsiyyət bacarıqları;
İş şəraiti:
-5 günlük iş həftəsi
-İş vaxtı: 09:00 -18:00
-Tibbi sığorta
-Korporativ nömrə
Əmək haqqı: 400 AZN
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində “Ofis meneceri” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 2 ay, 1 həftə, 3 gün, 16 saat, 8 dəq
- 3 ay, 1 həftə, 3 gün, 18 saat, 1 dəq
- 6 ay, 2 həftə, 1 gün, 12 saat, 46 dəq
-
6 ay, 3 həftə, 6 gün, 8 saat, 17 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 16 saat, 15 dəq