“Qafqaz Hotels & Resorts” gecə meneceri axtarır
İşəgötürən – “Qafqaz Hotels & Resorts”
Vakansiya – Gecə meneceri
Vəzifə öhdəlikləri:
-Bütün qonaqların şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq;
-Növbə ərzində ictimai və qeyri-ictimai yerlərdə yoxlamaların aparılması;
-Qonaqların qeydiyyat və qeydiyyatdan çıxma prosesində mümkün ən yaxşı xidmətlərlə təmin edilmələrini şəxsən və müntəzəm olaraq yoxlamaq;
-Gecə növbəsi işçilərinə nəzarət: podratçılar, yükdaşıyanlar, xadimələr, nömrələrə xidmət göstərmə və onların fəaliyyətinin səmərəli idarə olunmasının təmin edilməsi;
-Növbənin dəyişdirilməsi zamanı həll edilmiş və ya edilməmiş problemlərin rəhbərliyə bildirilməsi;
-Günün sistem üzərindən tələb olunan qaydada bağlanışı prosesində iştirak etmək;
-Təyin edilmiş digər müvafiq vəzifə və öhdəliklərini yerinə yetirmək;
-Vəzifəsi ilə əlaqədar birbaşa rəhbərin verdiyi tapşırıqların icra olunmasını təmin etmək.
Tələb olunan bilik, bacarıq və təcrübə:
-Azərbaycan və İngilis dilində sərbəst danışıq
-Otel idarəetmə sistemi olan OPERA və FIDELIO biliklərinin olması vacibdir
-Müvafiq sahələrdə 1 il idarəedici səviyyədə iş təcrübəsi
-MS Office, Outlook (istifadəçi səviyyəsi), MS Excel
-Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
-Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı.
-Diqqətli, punktual, səbirli və məsuliyyətli olmalı
-Ünsiyyət qurma və izah etmə qabiliyyəti
Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.
Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Gecə meneceri) göstərilməklə [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.
Elanın bitmə tarixi – 23 iyul 2022
Vakansiyalar
- 2 ay, 1 həftə, 6 gün, 20 saat, 15 dəq
- 3 ay, 1 həftə, 6 gün, 22 saat, 8 dəq
- 6 ay, 2 həftə, 4 gün, 16 saat, 53 dəq
-
6 ay, 4 həftə, 2 gün, 12 saat, 24 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 3 gün, 20 saat, 22 dəq