Azersun Holding brend menecer axtarır
İşəgötürən: Azersun Holding
Vakansiya: Brend Menecer
Son tarix: 11 iyun 2022
Tələblər:
-Marketinq sahəsi üzrə ali təhsilli olmalı;
-Müvafiq sahədə ən az 5-7 illik iş təcrübəsi olmalı;
-Rus və İngilis dillərini yüksək səviyyədə bilməli;
-MS office proqramlarını bilməli;
-Marketinq sahəsi ilə əlaqədər sertifikatların olması üstünlükdür;
-Rəqib markalar və kateqoriyaların inkişaf trendlərini izləməyi bacarmalı, iqtisadi vəziyyətə görə analizetmə, daxili bazara təsir edə biləcək təhlilləri verəbilmə bacarığına sahib olmalı;
-FMCG sektorunda təcrübəsi üstünlükdür.
İş haqqında:
-İllik satış və marketing büdcələrinin hazırlanmasında iştirak edir;
-Təsdiqlənən illik fəaliyyət planı çərçivəsində üzərinə düşən çalışmaları icra edir;
-Hədəf qrupunun (target group) xüsusiyyətlərini araşdırır, onların satınalma davranışlarını izləyir, yeni istehlakçı sinfinin yaradılması istiqamətində təkliflər hazırlayır;
-Bazar payı, satış kanallarındakı penetrasiya, bölgələrdəki satış fərqləri , mediada məhsulun və rəqiblərinin hərəkətləri sahəsində davamlı araşdırmalar aparır;
-Bazar seqmentlərinə görə mövcud məhsulların qiymətinin dəyişdirilməsi, rəqib aktivliyinə görə yeni qiymət strategiyasının formalaşması, habelə yeni istehsal edilərək təqdim olunacaq məhsullara qiymət təkliflərini verir;
-Yeni məhsul konseptləri hazırlamaq, bazar araşdırması vasitəsilə bu konseptlərin istehlakçı tərəfindən bəyənilib-bəyənilməməsini sınaqdan keçirir;
-Məhsulun qablaşdırılması, reklam, çap materialları, promosyonların hazırlanmasını təmin edir, bunların məhsul strategiyasına və marka bütünlüyünə uyğun şəkildə aparılmasına nəzarət edir;
-Reklam (TV, açıq hava, radio, mətbuat) briflərini, POP materiallarını, satış promo materialların ilkin variantlarını hazırlayır və işin gedişatına nəzarət edir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına “Brend Menecer “ başlığı ilə göndərə bilərlər.
Vakansiyalar
- 2 ay, 2 həftə, 1 gün, 13 saat, 5 dəq
- 3 ay, 2 həftə, 1 gün, 14 saat, 58 dəq
- 6 ay, 2 həftə, 6 gün, 9 saat, 43 dəq
-
7 ay, 1 gün, 5 saat, 14 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 5 gün, 13 saat, 12 dəq