Zeytun Pharmaceuticals direktor köməkçisi axtarır

İşəgötürən: Zeytun Pharmaceuticals
Vakansiya: Direktor köməkçisi
Son tarix: 01 sentyabr 2022
Tələblər:
-Ali təhsil;
-Müvafiq sahədə 3 il iş təcrübəsi;
-Dil bilikləri: Azərbaycan və Rus dilləri səlis, İngilis dili orta səviyyədə;
-MS Office proqramlarının (Word,Excel) mükəmməl bilik səviyyəsi;
-Yuksək analitik və problemlərin həll etmə bacarıqları;
-Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı;
-Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı:
-Yaxşı ünsiyyət və danışıqların aparılma bacarıqları;
Vəzifə öhdəlikləri:
-Direktorun iştirak edəcəyi iclaslarının, görüşlərin və konfransların planlaşdırılması, əlaqələndirilməsi və qrafikinin tərtib olunması;
-Direktorun tapşırığı əsasında sənədlərin nəzərdən keçirilməsi, toplanması və məzmunu barədə rəhbərə məlumatın verilməsi;
-Direktorun gündəlik göstərişlərini və tapşırıqlarını yerinə yetirilməsi;
-Struktur bölmə rəhbərlərinə tapşırılmış işlərinin icra olunma statusu barədə direktora bildirmək;
-Direktorun tapşırığına əsasən məktublar, sorğular və digər sənədlərin hazırlanması;
-Direktorun imzalanmış sənədlərini və müəssisə direktorun adından göndərilən məktubların uçotunu aparmaq;
-İşgüzar səfərlərin təşkil edilməsi və inzibati dəstək göstərilməsi, biletin alinması və otelin bron edilməsi;
İş şəraiti:
-5-günlük iş həftəsi;
-Əmək haqqı danışıq əsasında təyin edilir;
-Nahar şirkət tərəfindən təmin olunur;
-Tibbi sığorta ilə təmin olunma;
-Karyera yüksəlişi imkanı;
-Iş yeri: BEGOC Biznes Mərkəzi (Hilton otelinin yanı).
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] elektron ünvanına göndərin. Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
Vakansiyalar
- 1 ay, 3 həftə, 2 gün, 6 saat, 43 dəq
-
2 ay, 4 gün, 2 saat, 14 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 1 gün, 10 saat, 12 dəq
- 2 ay, 1 həftə, 5 gün, 10 saat, 2 dəq
- 2 ay, 1 həftə, 5 gün, 10 saat, 5 dəq