Yükdaşıma və Logistika şirkətinə mühasib-xəzinədar tələb olunur

Kassir


“ W&E Forward International Transport” şirkətinin Nəqliyyat bölümünə “mühasib-xəzinədar” vəzifəsi üzrə işçi axtarılır.

E-mail – [email protected]

İş barədə məlumat:

-İlkin mühasibatlıq və xəzinə sənədlərinin hazırlanması;

-Nağd pul vəsaitinin hərəkinin planlaşdırılması və icra edilməsi;

-Bank və kassa sənədlərinin müvafiq proqrama daxil edilməsi və təsdiqedici sənədlərin hazırlanması;

-Daxil olan pul vəsaitlərinin qanunverciliyin tələbinə uyğun vaxtında mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi;

-Avans hesabatının hazırlanması və  nağd pul vəsaitinin təhtəlhesab şəxsə verilməsi;

-E-qaimənin tərtib edilməsi;

-Kassa mədaxil, kassa məxaric orderlərinin və qəbzlərinin doldurulması;

-Mədaxil və məxaric sənədlərinə əsasən kassa qalığının çıxarılması;

-Kassa kitabına qeydlərin aparılması;

-Nəzarət kassa aparatı və POS terminal ilə əməliyyatların aparılması;

-Mühasibat və xəzinə sənədlərinin saxlanılması və qorunması;

– Günlük, həftəlik və aylıq aparılan əməliyyatlar barədə rəhbərliyə hesabatın verilməsi. 

Namizəd üçün tələblər:

-Ali və ya orta-ixtisas təhsilli (mühasibat uçotu, maliyyə və iqtisadiyyat üzrə );

-2 il iş təcrübəsi (mühasib, xəzinədar işi üzrə);

-Nağd pul vəsaiti ilə işləmək bacarığı;

-Analitik təhlil etmə və problem həll etmə qabiliyyəti;

-MS Ofis proqramlarından istifadə bacarığı;

-Məsuliyyətli, detallara qarşı diqqətli və operativ olmalı.

Əmək Şəraiti:

-AR-nın ƏM – nə uyğun sənədləşmə;

-İş Rejimi: Həftənin 6 günü;

-Ünvan: Sumqayıt şəhəri,Sumqayıt şossesi.

-Əmək haqqı: razılaşma yolu ilə.

-Nahar və servis şirkət tərəfindən qarşılanır

Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər CV formalarını mövzu hissəsində “mühasib-xəzinədar” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

Son müraciət tarixi – 10.11.2022

W&E Forward International Transport, 1994-cü il tarixindən fəaliyyət göstərən Beynəlxalq Yükdaşıma və Logistika şirkətidir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]