Yaşı 18-30 civarında olan kassir tələb olunur

İşəgötürən – OMİD Mağazalar şəbəkəsi
Vəzifə – Kassir (28 may Şərq bazarı və Həzi Aslanov filialı)
İş barədə məlumat:
-Alıcılara fasiləsiz kassa xidmətini təmin etməlidir;
-Müştərilərlə, eləcədə iş yoldaşlari ilə gülərüz, mehriban olmalı, kassa xidməti göstərərkən alıcılarla nəzakətli rəftar etməlidir;
-Alıcılara kassa xidməti göstərərkən rahat şərait yaratmalı, növbələrin yaranmaması üçün işini operativ şəkildə həyata keçirməlidir;
-Hər bir müştərinin çekini təqdim etdikdən sonra müştərilər tərəfindən alınan məhsulları paketlərə yığmalıdır;
-Kassa ətrafı satış məhsullarını müştəriyə təqdim etməlidir;
-Mağazanın forma geyim tələblərinə riayət etməlidir;
-6 günlük iş rejimi.
-Nahar şirkət tərəfindən qarşılanır, bonus və əlavə imtiyazlar da mövcuddur.
Namizədə tələblər:
-18-30 yaş (yalnız xanım namizədlər)
-Bəsit riyazi biliklərin olması vacibdir
-Ali və ya orta təhsilli (peşə və kollec məzunlarına üstünlük verilir)
-Müvafiq sahədə təcrübənin olması üstünlükdür.
-Əmək haqqı: 450 AZN
Uyğun namizədlərdən CV-lərində yaşadığı ərazini və mövzu hissəsində “Kassir” başlığı ilə qeyd etməklə elektron ünvanına [email protected] göndərmələri xahiş olunur.
Vakansiyalar
- 22 saat, 10 dəq
- 1 gün, 23 saat, 5 dəq
- 1 gün, 23 saat, 19 dəq
- 2 gün, 17 saat, 42 dəq
- 2 gün, 17 saat, 47 dəq