Xəzər Dəniz Gəmiçiliyi kapitan axtarır

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) “Kapitan” vəzifəsi üzrə vakansiya elan edib.
-Vakansiyanın adı- Kapitan
-Qurumun adı- Dəniz Nəqliyyat Donanması
-Qurumun struktur bölməsinin adı-Üzən heyət
-Qurumun ünvanı-Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi-2236
-Vakansiyanın kateqoriyası- Komandir heyət
-Əməyin ödənilmə dərəcəsi- Təsdiqlənmiş ştat cədvəlinə uyğun
-Əmək haqqı və iş şəraitinə görə əlavə ödənişlər- Təsdiqlənmiş ştat cədvəlinə uyğun
-Əlavə ödənişlər : dəniz, səhra, ağır zərərli və s. iş şəraitinə görə əmək haqqına əlavələr, sosial -ödənişlər və s- Ezamiyyət xərcləri əvəzinə günlük ödəniş ( USD ilə)
-Əmək şəraiti- Dəniz
-İş vaxtının norması- Növbəli iş rejimi / aylıq iş vaxtı normasına uyğun
-Siğorta təminatı- Tibbi sığorta
-Təhsil səviyyəsi- Ali və ya orta ixtisas dənizçilik təhsili (sahə üzrə)
Tələb olunan sertifikatlar
– Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi tərəfindən “TT 3000 t və artıq olan gəmilərdə Kapitan” işləməsini təsdiq edən “İşçi diplomu”;
– Aidiyyəti üzrə quru yük, tanker, bərə və ro-ro gəmilərində işləmək üçün tələb olunan sertifikatlar;
– Dənizçinin qeyd kitabçası;
-Dənizçinin şəxsiyyət sənədi.
-Tələb olunan minimum iş stajı- Kapitan vəzifəsi üzrə minimum 5 il
-Tələb olunan kompüter bilik səviyyəsi- MS Office
-Tələb olunan xarici dil bilik səviyyəsi- Rus dili (yaxşı) ; İngilis dili (yaxşı)
-Əmək müqaviləsinin müddəti- Müddətli
-Vəzifə (peşə) təlimatı
– Səfər tapşırıqlarını yerinə yetirmək və gəmini səmərəli idarə etmək; •
-Əmək intizamına riayət etmək və gəmi xidmətlərini təşkil etmək;
– Gəmidə dövlət sirlərinin mühafizəsi üzrə lazimi tədbirlərin görülməsini təmin etmək;
– Ətraf mühitin çirkləndirilməsinin qarşısının alınmasına dair qüvvədə olan qanunlara əməl etmək; -ASCO-nun siyasətini öndə tutmaq.
Tələb olunan bilik və bacarıqlar
Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində Xidmət Nizamnaməsi; SOLAS-74, STCW-78, MARPOL-73/78, COLREG-72 konvensiyalarını; FSS, LSA, İSPS, İSM məcəllələri və.s; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını bilməlidir.
Vakant ştat sayı-5
Qeyd 1 Göstərilən tələblərə uyğun gələn namizədlərlə vakansiyaya müraciət zamanı qeyd etdikləri elektron poçt (e-mail) vasitəsi ilə əlaqə saxlanılacaqdır.
Qeyd 2 Müsabiqə zamanı hərbi bilet tələb oluna bilər
Vakansiya haqqında daha ətraflı məlumat və müraciət üçün linkdən istifadə edə bilərsiniz.
Vakansiyalar
- 1 ay, 3 həftə, 2 gün, 7 saat, 58 dəq
-
2 ay, 4 gün, 3 saat, 29 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 1 gün, 11 saat, 27 dəq
- 2 ay, 1 həftə, 5 gün, 11 saat, 17 dəq
- 2 ay, 1 həftə, 5 gün, 11 saat, 20 dəq