Xadimə-qabyuyan axtarılır

Xadimə


“CÀSÀ Culinary Arts Center of Azerbaijan” xadimə-qabyuyan vəzifəsi üzrə vakansiya elan edir.

-Elan tarixi: 15.04.2022

-Bitmə tarixi: 15.05.2022

-Şirkət: CÀSÀ Culinary Arts Center of Azerbaijan

-Ərazi: Bakı

-Əmək haqqı: 400₼

-Staj: 1 il

-Yaş həddi: 30 — 55 yaş

-Təhsil: Fərq etmir

-İş rejimi: Tam iş günü (6 gün)

-Müqavilə: Əmək müqaviləsi

-E-mail: [email protected]

Vəzifə öhdəlikləri:

Ofisdə, mətbəxdə və kafedə müvafiq yerləri silib-süpürmək

Əl, maşın və ya mexanizmlərin köməyi ilə döşəmənin, divarların, tavanın, pilləkənlərin, pəncərə altlarının, pəncərə çərçivələrinin və şüşələrin, qapı bloklarının, mebelin və palaz örtüklərinin tozunu silmək, süpürmək və yumaq.

Qabların yuyulması, istifadə olunmuş qabların stolların üstündən götürülməsi, stolların üstünə salfet qablarının, ədvalar olan cihazların düzülməsi və iş günü ərzində onların doldurulması təmin etmək (mətbəx, restoran)

Sanitar qovşağın divarları və digər sanitariya texnikasını silmək, təmizləmək, yumaq və xüsusi məhlullarla dezinfeksiya etmək.

Tullantı və zibili yığmaq və təyin edilmiş yerə çıxarmaq

İnteryerin dekorativ hissəsini, o cümlədən şəkil və rəsm tablolarının çərçivələrini təmizləmək.

Müəssisədə qəbul edilmiş əmək intizamı qaydalarına riayət etmək.

İş tələbləri:

Müvafiq sahədə 1-2 il iş təcrübəsi

Səliqəli və təmizkar olmalı

Həmkarları ilə şəxsiyyətlərarası münasibətlər inkişaf etdirmə təcrübəsi

Tənqidi düşünən və problem həll etmə bacarıqları

Yaxşı vaxt idarəetmə bacarıqları                                               

İş şəraiti:

AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə.

6 günlük iş həftəsi

İş növbəlidir və qrafik əsasında tənzimlənir

Əmək haqqı  400 azn NET

Qeyd olunan tələblərə uyğun namizədlər şəkilli CV-lərini e-mailin [email protected] mövzu hissəsində “Xadimə-qabyuyan” qeyd etməklə e-mail ünvanına göndərə bilərlər.

Şirkət haqqında qısa məlumat
Azərbaycan Kulinariya Sənəti Mərkəzi (“CÀSÀ”) – kulinariya təhsili üzrə beynəlxalq standartlar və peşəkar diplom təklif edən yüksək keyfiyyətli proqramlar tədris edən akkreditasiya olunmuş üçüncü səviyyə təhsil müəssisəsidir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]