Veysəloğlu Şirkətlər Qrupu çilingər axtarır

İşəgötürən: Veysəloğlu Şirkətlər Qrupu
Vakansiya: Çilingər
Son tarix: 13 oktyabr 2022
Vəzifə və öhdəliklər:
-Əsas və yardımçı avadanlıqların, yükqaldıran maşın və mexanizimlərin mürəkkəb olmayan birləşmələrini və mexanizmlərini sökmək, təmir etmək və yığmaq
-Sadə mexanikləşdirmənin köməyi ilə hissələrin və birləşmələrin yerini dəyişdirdikdə, onları yığdıqda və sökdükdə takelaj işlərini yerinə yetirmək
-Yükqaldıran mexanizmlərin və ləvazimatların köməyi ilə hissələrin və birləşmələrin şaquli və üfüqi səth üzrə yerlərinin dəyişdirilməsində takelaj işlərini yerinə yetirmək
-Takelaj avadanlıqları və ləvazimatları sınaqdan keçirmək
-Təmirdən sonra əsas və yardımçı avadanlığın işdə yoxlanılması və onun istismara buraxılmasını təşkil etmək
-Avadanlıqların təmir olunmuş qovşağının və mexanizminin sınaqdan keçirməyə, təzyiq altında yoxlamağa və yük altında istismara verilməsi ilə sazlanmaya hazırlamaq və yoxlamaq
-Quraşdırılan sistem elementlərini yerində uyğunlaşdırmaq
-Qol boru və keçidləri yerində hazırlamaq
-Şablon üzrə detalları nişanlamaq, oyuqları deşmək, yivli və flanslı birləşmələri yığmaq
-Mexanizm düyünlərini və polad sürüşən qəlib elementlərini quraşdırmaq və sökmək
-Metalkonstruksiyanı düzəltmək, bitişmə yerlərini quraşdırıcı boltlarla bərkitmək
-Avadanlıqların sökülməsində, təmir olunmasında, quraşdırılmasında tətbiq edilən material, məmulat, alət və ləvazimatlardan səmərəli şəkildə istifadə etmək
Tələblər:
-Müvafiq sahədə 1 ildən çox iş stajı
-Müvafiq sahədə təhsilin olması arzu olunandır
-İstehsalat avadanqlıqlarının təmiri sahəsində iş təcrübəsi
-Nizam-intizamlı olmalı, verilən tapşırıqları dəqiq və vaxtında yerinə yetirməli
-Əməyin mühafizəsinə, təhlükəsizlik texnikasına, istehsalat sanitariyasına və yanğından mühafizənin qayda və normalarına riayət etmək
Əmək şəraiti:
-İş qrafiki: növbəli, 08:00 – 20:00; 20:00 – 08:00.
-İş məkanı: Bakı şəhəri, Keşlə Qəsəbəsi, Ulduz Şokalad Fabriki
-Yemək və servis təminatı mövcuddur
-Əmək haqqı müsahibə əsasında təyin ediləcək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 Oktyabr tarixinədək emailin mövzu hissəsində “Çilingər” və ad , soyad qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
2 gün, 3 saat, 32 dəq
“Happy Market”ə işçilər tələb olunur -Müdir müavini, kassir, satıcı
- 2 gün, 6 saat, 31 dəq
-
2 gün, 6 saat, 32 dəq
Zeytun Pharmaceuticals logistika və sənədləşmə üzrə mütəxəssis axtarır
- 2 gün, 6 saat, 35 dəq
- 2 gün, 6 saat, 37 dəq