Vakansiya: İnsan resursları üzrə assistent tələb olunur

Köməkçi/Assistent

assistent


İşəgötürən: Aqrar İnnovasiya və Təchizat Şirkəti

Vakansiya: İnsan Resursları üzrə Assistent

Son tarix: 29 iyul 2022

6 günlük iş qrafiki

Əmək haqqı 500 AZN  (net)

Tələblər:

-Ali təhsil ;

-Müvafiq sahədə minimum 1 il iş təcrübəsinə malik olmaq;

-Kompüter bilikləri: MS Office(Excel və 1C biliyi mütləqdir);

-Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət qurmaq bacarığı, ingilis dili və rus dili biliyi arzuolunandır;

-Dəqiq nizam intizamlı,məsuliyyətli olmaq;

-Operativ və gördüyü işə cavabdehlik;

-Komandada və sərbəst işləmək bacarığı;

Əmək funksiyaları:

-Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun işçilərin qəbulu,başqa vəzifəyə keçirilməsi,işdən azad edilməsi və s. sənədlərin rəsmiləşdirilməsi;  

-İşçilərin şəxsi işlərinin hazırlanması və lazımi sənədlərin toplanması;

-Davamiyyətlərə nəzarəti həyata keçirtmək;

-Məzuniyyət,ezamiyyət,işə qəbul, işdən azad olunmaya və digər kadr kargüzarlığına aid olan sənədləri hazırlayır,imzaya təqdim edir,qeydiyyata alır, imzalanmış sənədlərin vaxtında müvafiq struktur bölmələrə təqdim olunmasını təmin etmək;

-Kadr sənədlərinin qovluqlara yığılması,qovluqlarda sənədlərin,o cümlədən işçilərin əmək kitabçalarının tam və səliqəli şəkildə saxlanılması üçün məsuliyyət daşımaq;

-Əməkdaşlar üçün əmək haqqı kartları,sosial sığorta kartları,əmək kitabçalarının alınması üçün müvafiq qurumlara gedən sənədləri hazırlamaq;

-İşçilərə verilən xəbərdarlıq məktublarını tərtib etmək;

-İşçilərin icbari sığortasını təşkil etmək;

-İR üzrə menecerin digər müvafiq tapşırıqlarını yerinə yetirilmək;

Qeyd: Yeni əməkdaş analıq məzuniyyətində olan işçinin yerinə axtarılır və müqavilə müddəti 30.09.2022-ci il tarixinə qədər olacaq.

Yuxarıda qeyd olunan tələbləri qarşılayan namizədlərdən müraciət üçün öz yenilənmiş CV*lərini [email protected] email adresinə mövzu hissəsində “İnsan Resursları üzrə Assistent” qeyd etməklə göndərmələri tələb olunur.

Yalnız minimum tələbləri qarşılayan namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]