Unimac auditor köməkçisi axtarır
İşəgötürən: Unimac
Vakansiya: Auditor köməkçisi
Son tarix: 07 oktyabr 2022
İşin təsviri:
Şirkətdə Risklərin idarəetməsi, daxili idarəetmə proseslərinin qiymətləndirilməsinə və inkişafına dair təkliflər irəli sürmək, o cümlədən audit planları və proqramları əsasında daxili audit yoxlamalarında yaxından iştirak etmək
Vəzifə öhdəlikləri:
-Audit rəhbəri ilə audit yoxlamalarında iştirak etmək.
-Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək və qiymətləndirmək.
-Audit yoxlaması aparılan departamentin və ya bölgələrin işini və risklərinin analizini həyata keçirmək;
-Daxili audit proseslərinə kömək etmək. Daxili nəzarət mühitinin qiymətləndirməsinə dair verilən tapşırıqları yerinə yetirmək və təkliflər irəli sürmək
-Audit hesabatlarının tərtib edilməsi
-Şirkət çalışanlarının fəaliyyətlərinin qiymətləndirilməsi
-Ehtiyac olarsa ölkədaxili ezamiyyətlərdə iştirak etməsi
-Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını və konfidensiallığını təmin etmək
-Audit rəhbərinin verdiyi digər tapşırıqların yerinə yetirilməsi
Təhsil/Təlim/Təcrübə:
-İqtisadiyyat,Mühasibatlıq,Audit ,Maliyyə sahəsi üzrə Ali təhsili olanlara üstünlük veriləcəkdir
-CİA sertifikatı olanlara üstünlük veriləcək
Namizədə dair tələblər:
-Yaş həddi (20-30)
-Dil bilikləri: Azərbaycan və Rus dili (İngilis dili biliyi arzuolunandır)
-İşçi heyəti ilə düzgün münasibətdə olmalı
-Eyni vaxtda bir neçə işi görməyi bacarmalı
-Öz bilik səviyyəsini daim inkişaf etdirməli
-Təkbaşına qərarvermə və problemləri həll etmə bacarığına sahib olmalı
-Düzgün planlaşdırma bacarığına sahib olmalı
-Analiz bacarığı
-Riyazi bacarıqlar
-Kompyuter bilikləri(word,excel-yaxşı )
-Operativ,dəqiq,etibarlı və məsuliyyətli
-1C bilikləri
-Şəxsi avtomobilin olması arzuolunandır, Şəxsi avotomobilin istifadəsinə görə amortizasiya xərcləri qarşılanacaqdır
-Kollektivdə işləməyi bacaran,Analitik düşünmə ,Problem həll etmə və çətin vəziyyəti idarə etmə bacarığı
-Əmək haqqı razılaşma yolu ilə
İş şəraiti:
-VI günlük iş qrafiki
-VI-cı gün qısa iş günü
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
2 ay, 1 həftə, 6 gün, 5 saat, 35 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 2 gün, 6 saat, 30 dəq
- 7 ay, 2 həftə, 2 gün, 8 saat, 23 dəq
- 10 ay, 3 həftə, 3 saat, 8 dəq
-
11 ay, 1 gün, 22 saat, 39 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır