Türk Dünyası Atatürk Liseyi tibb bacısı axtarır

Tibb bacısı


İşəgötürən: Türk Dünyası Atatürk Liseyi

Vakansiya: Tibb bacısı

Son tarix: 07 aprel 2023

Vəzifə öhdəlikləri:

-Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını bilmək

-Təcili və təxirəsalınmaz hallarda dərman yardımının təşkilinin əsaslarını

-Öz ixtisası üzrə profilaktika, diaqnostika, müalicə və reabilitasiyanın müasir metodlarını

-Pediatriya xidmətinin təşkili, strukturu və təchiz edilməsi ilə bağlı məsələləri

-Öz ixtisası üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri

-Tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını;

-Həkimlərin etik davranış qaydalarının, tibbi etika əsaslarını;

-İnsan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını

-Təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını

-Sanitar-maarifləndirmənin əsaslarını

-Daxili əmək intizamı qaydalarını

-Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını

Vəzifəyə olan tələblər:

-Ali təhsil;

-Minimum 1 (bir) il iş təcrübəsi;

-Yaş həddi 20-45

Vəzifə haqqında məlumat:

-İş günləri: 1-6 günlər, bazar günü istirahət;

-Əmək haqqı: razılaşma yolu ilə.

Maraqlanan və uyğun namizədlərin CV-lərini mövzu hissəsində “Tibb bacısı”qeyd etməklə yönləndirmələri xahiş olunur. 

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]