Tikinti şirkətinə prorab tələb olunur

Digər


İşəgötürən: Retail Solutions

Vakansiya: Prorab

Son tarix 01 may 2022

Vəzifə öhdəlikləri:

-Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil etmək.

-Sahədə təmir işlərinin ardıcıllıqla aparılmasını təmin edir.

-İşlərin istehsalat layihəsinə uyğun yerinə yetirilməsini təmin edir. İşlərin icrası üzrə jurnal və yerinə yetirilmiş işlərin uçotu üzrə sənədləri hazırlayır. 

-İnşası başa çatmış obyektlərin, eləcə də tikililərin obyektlər üzrə ayrı-ayrı hazır mərhələ iş komplekslərinin sifarişçiyə təhvil verilməsində iştirak edir.

-Fəhlələrin əmək mühafizəsi təlimatlarına əməl etməsinə nəzarət edir. 

-Tabeçiliyində olan kollektivi idarə etmək və kollektivin qayğısına qalmaq;

-Fəhlə heyətinin işini təşkil etmək;

-Əmək intizamı çərçivəsində işin keyfiyyətinə nəzarət etmək;

-Əməyin təhlükəsizliyini təmin etmək;

-İşin gedişatı barədə mütəmadi olaraq rəhbərliyə məlumat vermək;

Tələblər:

-Ali təhsil (İnşaat sektoru arzuolunandır)

-Məsuliyyətli, dəqiq, ciddi

-Kompüter biliyi: MS office (Word, Excel) və AutoCad

-İş təcrübəsi- təmir və tikinti sahəsində 1-3 il arası təcrübə

-İntizam qaydalarına, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət etmək

-Təşkilatçılıq və idarəçilik bacarıqlarına malik olmalı

Əmək haqqı: Müsaibə əsasında müəyyənləşəcək

Müraciət etmə qaydası:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur: 

CV-lər [email protected] mail ünvanına göndərilməlidir, mövzu sətrində “ Prorab” qeyd olunmalıdır;

CV-lər 30 aprel, 2022-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Qeyd olunan tələblərə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən, cv-sində şəkili olmayan və son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]