Təmizlik şöbəsi menecerinin köməkçisi axtarılır

Köməkçi/Assistent


İşəgötürən – Gabala Hospitality Group

Vakansiya – Təmizlik şöbəsi menecerinin köməkçisi

Vəzi̇fə Öhdəli̇kləri̇:

-Təmizlik şöbəsinin daxili əməliyyatlarını plana uyğun idarə etmək və şöbəyə dair təlimatların hazırlanması və yenilənməsi üçün Təmizlik şöbəsinin menecerinə yardım etmək. 

-Qeydiyyat zamanı otaqların qonaqlar üçün hazır olmasını təmin etmək üçün digər şöbələrlə əlaqələrin optimal və tam işlək olmasını yoxlamaq üçün müvafiq sistemləri idarə etmək.

-Müştərilər otağa daxil olana kimi müvafiq ayrılmış otaqları tam satışa hazır hala gətirmək.

-Müştərilər otağı tərk etdikdən sonra təmir və ya digər məsələlərlə bağlı hər hansı problemi həll etmək üçün müvafiq şöbələrə məlumat vermək.

-Kommunikasiya üzrə qeydiyyat jurnallarını oxumaq və yeniləmək.

-Aylıq fəaliyyət hesabatlarını tərtib etmək.

-Avadanlıqların texniki xidmətinə dair hesabatlar və qeydiyyat sənədlərini idarə etmək.

-Qonaqlar və həmkarlarla qarşılıqlı anlaşma şəraitində çalışmaq və normal iş münasibətlərini qoruyub saxlamaq.

-Təmizlik şöbəsi üçün tələb olunduqda zəruri sayılan ləvazimatların ehtiyatı və ehtiyaclar barədə Təmizlik şöbəsinin menecerinə xəbər vermək.

-Müntəzəm olaraq otaqların yoxlanılmasını həyata keçirmək və təmizlik standartlarının hər zaman qorunub saxlanılmasını təmin etmək.

-Qonaqlara nöqsanlı və ya çirkli otaqların verilməməsini təmin etmək.

-Əsas diqqəti hotelin ümumi uğuruna və otel qonaqlarının məmnunluğuna yönəltməklə, idarəetmə heyəti ilə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmək.

-Şöbədaxili təlimçilərə dəstək olmaq və daimi olaraq əməkdaşları daxili təlimlərə cəlb etmək.

-Əməkdaşları yaradıcı və novator olmağa təşviq etmək, şöbənin və mehmanxananın müvəffəqiyyət qazanması üçün onları stimullaşdırmaq.

Tələb Olunan Bi̇li̇k, Bacariq Və Təcrübə:

-Azərbaycan dili – əla, İngilis dili- yaxşı

-Qeyd edilən sahə üzrə 3 il və ya daha çox iş təcrübəsi

-200 və ya daha çox otaq nömrəsi olan mehmanxanalarda müvafiq sahə üzrə iş təcrübəsi

-Kompüter və ofis texnikasından yaxşı istifadə bacarığı(Opera PMS,Fidelio,MS Excel)

-Orta ixtisas və ya daha yüksək təhsil

-Xoş görünüşlü, gülərüz, detallara fokuslu, pozitiv,vaxtı idarə etmək, konfliktləri həll etmək, mövcud problemin həllini  yerində tapmaq

-Stressə davamlı olmaq, təzyiq altında effektiv işləmək bacarığı

-Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.

Maraqlanan xanım və bəy namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Təmizlik şöbəsi menecerinin köməkçisi) göstərilməklə elektron [email protected] poçtuna göndərmələri xahiş olunur

Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə salanılacaq.

Elanın bitmə tarixi – 12.11.2022

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]