Tanınmış şirkətə SƏTƏM mühəndisi axtarılır

Digər


İşəgötürən – Mr.Fix

Vakansiya – SƏTƏM Mühəndisi

Vəzifə öhdəlikləri

-Şirkətin bütün işçi heyətini təhlükəsizlik qaydaları ilə tanış etmək və qanuna uyğun olaraq onlara riayət
edilməsini təmin etmək

-İş şəraitində risklərin qiymətləndirilməsi və ona uyğun tədbirlərin görülməsi

-Sahədə mütamadi yoxlamalar və müvafiq prosedurlar keçirmək

-Əməyin təhlükəsizliyi istiqamətində şirkət daxili təlimləri keçirmək

-Keçirilmiş daxili yoxlamaları qeydə almaq və üzə çıxmış qayda pozuntuları ilə bağlı tədbirlər keçirmək

-İşdə hadisələri qeydə almaq və göstəriciləri rəhbərliyə təqdim etmək

-Avadanlıq və texnikanın təhlükəsiz işləməsinə və quraşdırılmasına nəzarət

-İstehsalat zədələrinin və peşə xəstəliklərinin səbəblərinin müəyyən edilməsi, onların qarşısının alınması və aradan qaldırılması məqsədi ilə onları təftiş və təhlil etmək

-Şirkətdə ətraf mühitin qorunması və əməyin, sağlamlığın mühafizəsi sistemini yaratmaq və tətbiq etmək

-SƏTƏM standartlarını bütün işçi heyətinə tətbiq etmək

– Gündəlik fərdi mühafizə vasitələrinin yoxlanılması

-Baş vermiş hadisələrin araşdırılmasında, məlumatların toplanmasında və bu cür hadisələrin təkrarlanmaması istiqamətində mühüm qabaqlayıcı addımların atılması

-Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəricilərinin və s. Məlumatların toplanılması

– Tələb olunan hesabtların vaxtında və qaydasında təqdim edilməsi

Namizədə qarşı tələblər

-Əməyin təhlükəsizliyi və ya müvafiq sahədə minimum bakalavr dərəcəsi

-Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək

-İş təcrübəsi -1 il

Təminatlar

-Nahar müəssisə tərəfindən verilir

-Korporativ mobil nömrə

-İş yeri – Xırdalan Binəqədi şossesi 7

-Əmək haqqı – Namizədin bilik və bacarıqlarından aslıdır

Müraciət

Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzü hissəsində göstərməklə CV – nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

Əks təqdirdə müraciətinizə baxılmaya bilər.

Kartaş  MMC 2003-ci ildə  təsis edilmiş və Mr.Fix markası ilə tikinti kimyəviləri istehsalına başlamışdır. Kafel və keramika yapışdırıcıları, ara dolğuları, su izolyasiya materialları, hazır suvaqlar,beton qatqıları, istilik izolyasiya  və s. kimi tikinti materiları istehsal edir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]