Sinteks Group of Companies yük gömrük bəyənnaməçisi axtarır
İşəgötürən: Sinteks Group of Companies
Vakansiya: Yük Gömrük Bəyənnaməçisi
Son tarix: 03 sentyabr 2022
Sinteks Şirkətlər qrupuna daxil olan SSİ Retail MMC-yə hal hazırda Yük Gömrük Bəyənnaməçisi tələb olunur.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
Bu vəzifənin rolu idxal və ixrac edilmiş malları gömrük sistemində bəyan etməkdir.
Vəzifə öhdəlikləri:
-Tarif kodlaşdırma sisteminə əsasən malları təsnifatlandırır
-Zəruri sənədləri gömrük sisteminə daxil edir
-Gömrük bəyannaməsini hazırlayır
-Dövlət rüsumlarını ödəyir
-Gömrük qaydalarında olan ən son düzəlişləri və ya yenilikləri yoxlayır
Əsas tələblər:
Təhsil:
-Ali təhsil diplomu (Gömrük və Logistika ixtisasları üstünlük hesab olunur)
-Gömrük rəsmiləşdirməsi və bəyannamələri üzrə müvafiq sertifikatlar
Təcrübə:
-Gömrük rəsmiləşdirməsi sahəsi üzrə ən az 1 il təcrübə (bəyannaməçi kimi təcrübə üstünlük hesab olunur)
Professional biliklər:
-Incoterms standartları
-Bəyannamə qaydaları
-İngilis dili orta səviyyədə
-MS Office Programları
Professional bacarıqlar və kompetensiyalar:
-Detal və nəticə yönümlü
-Zaman idarəetməsi
-Analitik bacarıqlar
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Yük Gömrük Bəyənnaməçisi” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
-
3 gün, 7 saat, 47 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
5 gün, 6 saat, 39 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 5 gün, 7 saat, 13 dəq
- 6 gün, 1 saat, 19 dəq
- 6 gün, 20 saat, 33 dəq