Sığorta Şirkəti inzibati şöbənin ön masa təmsilçisi axtarır (resepşn)

İşəgötürən: Sığorta Şirkəti
Vakansiya: İnzibati şöbənin Ön masa təmsilçisi (resepşn)
Son tarix: 17 sentyabr 2022
Vəzifə öhdəlikləri:
-Ofisə gələn şəxslərin qarşılanması və yönləndirilməsi;
-Şirkətə daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə verilməsi;
-Göndərilən sənədlərin qeydiyyatının aparılması və müvafiq ünvanlara göndərilməsi;
-Poçt göndərişləri üzrə hesabatların hazırlanması;
-Taksi sifarişinin həyata keçirilməsi və müvafiq qaydada hesabatının aparılması;
-Vəzifə səlahiyyətləri çərçivəsində birbaşa rəhbərinin və İdarə Heyətinin qərarlarının və tapşırıqlarının icrası.
Tələblər:
-Xanım;
-Yaş həddi: 22:30 yaş;
-Ali və ya orta ixtisas təhsili (ali təhsilə üstünlük verilir);
-Azərbaycan və rus dillərində səlis yazılı və şifahi ünsiyyət bacarığı, baza ingilis dili biliyi arzuolunandır;
-MS Office proqramlarında yaxşı səviyyədə işləmək;
-Komanda ilə işləmək bacarığı, işgüzar münasibət etikası;
-Səliqəli xarici görünüş;
-Qeyd olunan sahədə əmək stajının olması üstünlükdür;
Əmək şəraitinin şərtləri:
-Əmək haqqı: 400 AZN (net);
-İş rejimi: 5 günlük, 09:00-18:00;
-İstirahət günü: Şənbə və Bazar;
-İşə qəbul tam rəsmi şəkildə, əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir.
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 31 avqust 2022-ci il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Resepşn” yazaraq göndərmələri xahiş olunur.
Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 1 gün, 23 saat, 5 dəq
- 1 gün, 23 saat, 7 dəq
- 1 gün, 23 saat, 9 dəq
- 1 gün, 23 saat, 12 dəq
- 1 gün, 23 saat, 16 dəq