Sement zavoduna satınalma üzrə köməkçi axtarılır

“Norm” sement zavoduna satınalma üzrə köməkçi tələb olunur.
Iş yeri: Qaradağda yerləşən Zavod Ofisi.
Tələblər:
– Ali təhsilin olması
– Əlaqədər və ya oxşar sahədə 1 il iş təcrübəsi
– İngilis dilində yaxşı səviyyədə danışıq və yazı bacarıqları
– MS Office proqramları üzrə istifadə biliklərinə malik olmaq
– SAP proqramı üzrə biliklər arzu olunandır
Tələb olunan kompetensiyalar:
– Müştəriyönümlülük
– Davamlı inkişaf
– Bütövlük
– Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma
– Komanda işi
Vəzifə və Öhdəliklər:
– Təchizat və logistika departamentinə daxil olan bütün sənədləri yoxlamaq, müqavilələrin sistemə vaxtında yüklənməsinə və müqavilələrin bitmə müddətinə nəzarət etmək.
– SAP-də yeni təchizatçı yaradılması prosesinə nəzarət etmək.
– Təchizat və logistika şöbəsinə aid bütün sənədlərin düzgün şəkildə qovluqlarda toplamaq və arxivləşdirmək.
– Təchizatçıların ilkin qiymətləndirməsinə və dəyərləndirilməsinə nəzarət etmək
– Təchizat və logistika şöbəsinə aid iclaslarda iştirak edib iclas protokollarını hazırlamaq və müzakirə olunan məsələlərin icrasını təqib etmək.
– Dövr sənədlərinin vaxtında və tam şəkildə mühasibatlıq şöbəsinə təqdim olunmasına nəzarət etmək.
– Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Son Müraciət Tarixi: 13.05.22
Vakansiyalar
- 2 gün, 16 saat, 32 dəq
- 2 gün, 22 saat, 13 dəq
- 2 gün, 22 saat, 17 dəq
- 2 gün, 22 saat, 23 dəq
- 3 gün, 21 saat, 39 dəq