Satınalma üzrə köməkçi – Norm Şirkəti

İşəgötürən: Norm Şirkəti
Vakansiya: Satınalma üzrə köməkçi
Son tarix: 14 may 2022
İş yeri: Qaradağda yerləşən Zavod Ofisi.
Tələblər:
-Ali təhsilin olması
-Əlaqədər və ya oxşar sahədə 1 il iş təcrübəsi
-İngilis dilində yaxşı səviyyədə danışıq və yazı bacarıqları
-MS Office proqramları üzrə istifadə biliklərinə malik olmaq
-SAP proqramı üzrə biliklər arzu olunandır
Tələb olunan kompetensiyalar:
-Müştəriyönümlülük
-Davamlı inkişaf
-Bütövlük
-Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma
-Komanda işi
Vəzifə və Öhdəliklər:
-Təchizat və logistika departamentinə daxil olan bütün sənədləri yoxlamaq, müqavilələrin sistemə vaxtında yüklənməsinə və müqavilələrin bitmə müddətinə nəzarət etmək.
-SAP-də yeni təchizatçı yaradılması prosesinə nəzarət etmək.
-Təchizat və logistika şöbəsinə aid bütün sənədlərin düzgün şəkildə qovluqlarda toplamaq və arxivləşdirmək.
-Təchizatçıların ilkin qiymətləndirməsinə və dəyərləndirilməsinə nəzarət etmək
-Təchizat və logistika şöbəsinə aid iclaslarda iştirak edib iclas protokollarını hazırlamaq və müzakirə olunan məsələlərin icrasını təqib etmək.
-Dövr sənədlərinin vaxtında və tam şəkildə mühasibatlıq şöbəsinə təqdim olunmasına nəzarət etmək.
-Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə göndərməyiniz xahiş olunur.
Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan CV-lərə baxılmayacaqdır.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Son Müraciət Tarixi: 13.05.22
Vakansiyalar
- 13 saat, 52 dəq
- 1 gün, 14 saat, 47 dəq
- 1 gün, 15 saat, 1 dəq
- 2 gün, 9 saat, 24 dəq
- 2 gün, 9 saat, 29 dəq