Qeydiyyatçı tələb olunur

İşəgötürən – Baku Electronics
Vəzifə- Qeydiyyatçı
Tələblər:
-Ali təhsil;
-MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
-Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
-Azərbaycan dilini səlis bilməli, rus və ingilis dillərini bilmək üstünlükdür;
Vəzifə öhdəlikləri:
-Telefon zənglərini cavablandırmaq, zəngləri aidiyyaı üzrə yönləndirmək;
-Daxil olan sənədləri, ərizələri, yazılı müraciətləri və şikayətləri qəbul etmək, qeydiyyatını aparmaq, aidiyyatı üzrə yönləndirilməsini təmin etmək;
-İnsan resurslarının əməliyyat sisteminə daxil olan bir qrup sənədlərin (dövriyyə vərəqəsi, müsahibə dəyərləndirmə blankı və s.) aidiyyatı üzrə rəhbərliyin imzaya təqdim etmək;
-Müsahibəyə dəvət olunan, yeni işə qəbul olunan namizədləri və əmək müqaviləsinə xitam verilən əməkdaşları gülərüzlə qarşılamaq, onları müvafiq məsul şəxslərə yönləndirmək;
-Ön ofis işçiləri üçün yaxa kartlarını hazırlamaq və aidiyyatı üzrə təhvil vermək;
-Yeni işçilərin geyimlə bağlı olan ehtiyaclarını təmin etmək və aidiyyatı şöbə üzrə təhvil vermək;
-Əmək haqqı kartlarının təhvili barədə aidiyyatı şöbələri məlumatlandırmaq, işçilərin müvafiq sənədləri imzalamasını təmin etmək və əmək haqqı kartlarını təhvil vermək;
-Yüksək səviyyədə yazılı və şifahi şəkildə ünsiyyət quraraq şirkət daxilində kommunikasiya axınını təmin etmək;
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Qeydiyyatçı” qeyd etməklə elektron ünvanına [email protected] göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiyalar
-
2 gün, 9 saat, 53 dəq
“Happy Market”ə işçilər tələb olunur -Müdir müavini, kassir, satıcı
- 2 gün, 12 saat, 52 dəq
-
2 gün, 12 saat, 53 dəq
Zeytun Pharmaceuticals logistika və sənədləşmə üzrə mütəxəssis axtarır
- 2 gün, 12 saat, 56 dəq
- 2 gün, 12 saat, 58 dəq