“Qartal tikinti firması” mühasib-kassir axtarır

-İşəgötürən: “Qartal Tikinti Firması”
-Vakansiya: MÜHASİB-KASSİR
– Maaş : 500-700 AZN
-Şəhər- Sumqayıt
-Yaş- 21 – 40 yaş
-Təhsil- Ali
-İş təcrübəsi- 1 ildən 3 ilə qədər
-Elanın tarixi- Aprel 18, 2022
-Bitmə tarixi- May 18, 2022
-Əlaqədar şəxs -Fidan Ashumova
-Telefon- (012) 585-11-56
(050) 283-00-69
-E-mail- [email protected]
İş barədə məlumat
– Banklardan və digər mənbələrdən nağd vəsatin alınıb kassaya mədaxil olunması, hesabatlarının aparılması
– Kassa hesabatının (gündəlik və aylıq) və bank hesabatının gündəlik hazırlanması, rəhbərə təqdim olunması
– AZN və xarici valyuta ilə ödəniş tapşırıqlarının yerinə yetirilməsi
– ƏDV Depozit hesabından ödənişlərin yerinə yetirilməsi
– Ödənişlər üzrə gündəlik qaimələrin işlənməsi
– İşin gedişatına uyğun olaraq, tələb olunan mühasibatlıq hesabatlarının hazırlanması
– Xidmət müqaviləsi ilə işləyən fiziki şəxslərin hesabatlarının aparılması (MDSS və gəlir vergisi)
– Ayın sonunda artıq-əskik iş saatları da daxil olmaqla ofis işçilərinin, mühəndislərin və fəhlələrin əmək haqqısının baş mühasiblə birgə hesablanması
– Rəhbərliyin təlimatlarına uyğun digər tapşırıqların yerinə yetirilməsi
İş haqqında məlumat:
– İş yeri Sumqayıt şəhərində firmanın baş ofisindədir
– İş saatı 09:00-dan 18:00-dək
– İstirahət günü – şənbə və bazar günləri
– Nahar firma hesabına təmin olunur
Namizədə tələblər
– Ali təhsilli, xanım namizəd tələb olunur
– ƏDV ödəyicisi olan şirkətdə mühasib kimi ən az 2 il iş təcrübəsi olmalı
– Vergi Məcəlləsini və mühasibat uçotu üçün digər qanunvericilik aktlarını və normativ sənədləri bilməli
– Kompüter biliyi yüksək səviyyədə (1C7.7, 1C8.3, Excel, Word, Outlook) olmalı
– İşgüzar və məsuliyyətli olmalı
– İşlərin səliqəsinə diqqət yetirməli
Vakansiyaya müraciət üçün CV-nizi “Mühasib-kassir” başlığı ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Şirkət haqqında
Qartal Tikinti Firmasının əsas fəaliyyət növü telekommunikasiya obyektlərinin tikintisi, hərbi obyektlərin tikintisi, radar izləmə sistemlərinin tikintisi, radio-quraşdırma və digər tikinti – quraşdırma işləridir.
Vakansiyalar
- 1 ay, 3 həftə, 1 gün, 15 saat, 46 dəq
-
2 ay, 3 gün, 11 saat, 17 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 19 saat, 15 dəq
- 2 ay, 1 həftə, 4 gün, 19 saat, 5 dəq
- 2 ay, 1 həftə, 4 gün, 19 saat, 8 dəq