Performance Center Co mühasib köməkçisi axtarır

Köməkçi/Assistent


İşəgötürən: Performance Center Co

Vakansiya: Mühasib köməkçisi

Son tarix: 28 noyabr 2022

Vəzifə öhdəlikləri:

-Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;

-Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;

-E-taxes.gov.az portallarından istifadə etmə bacarığı;

-Elektron Qaimə Faktura, Hesab Fakturalarının işlənməsi;

-Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;

-Gündəlik mühasibat yazılışlarının verilməsi.

Tələblər:

-Ali iqtisadi təhsil;

-Maliyyə və ya mühasibatlıq sahəsi üzrə ali təhsil;

– MS Office və 1C 8.3 proqramlarında mükəmməl işləmək bacarığı;

-Online kargüzarlıq və e- qaime portallardan istifadə etmə bacarığı;

-Vergi Məcəlləsi, əmək məcəlləsi, maliyyə və mühasibatlıqla bağlı qanunvericiliyi bilməli;

-Elektron hökümət portalı ilə işləmə qabiliyyəti

-Müvafiq sahədə minimum 1 il iş təcrübəsi; 

-Dil bilikləri: Azərbaycan dili (əla), ingilis dili bilən namizədlərə üstünlük veriləcək;

-Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;

İş şərtləri:

-İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək

-Əmək haqqı: 500₼

-AR Əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanılır.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini  məktubun mövzu hissəsində “Mühasib köməkçisi” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]